Beynəlxalq əlaqələr

Əkinçilik ET İnstitutunun elmi əməkdaşları elmi problemlərin müzakirəsinə və elmi-tədqiqat işlərinin əlaqələndirilməsi məsələlərinə həsr edilmiş konfranslara, müşavirələrə, konqreslərə, simpoziumlara, qurultay və seminarlara qatılır və təqdimatlarla cıxışlar edirlər. Elmi nailiyyətlər, yeniliklər və qabaqcıl təcrübələr mətbuatda və digər kütləvi informasiya vasitələrində işıqlandırılır. Elmi tədqiqatların nəticələri, elmi əsərlər, monoqrafiyalar, jurnallar, toplular, məcmuələr, tövsiyələr, katloqlar kənd təsərrüfatı məhsul istehsalcılarına çatdırılır. Əməkdaşlarımızın informasiya materialları ilə təmin olunmasında beynəlxalq mərkəzlərdən (İCARDA, İPGRİ, CİMMYT, İCRİSAT) mütəmadi olaraq jurnallar: “General Genetic Resources in EUROPE” (Italy), “The National Agricultural Research system in the West Asia and North Africa Region” /İCARDA/ Suria, “Seeds of İnnovation” /CİMMYT/ Mexico, “Семена Инновации“ /CİMMYT/ Мехико, “Adding value for development” (CIMMYT), “Seed INFO”, ”Caravan” (ICARDA), “Adding Value for Development” (CIMMYT) Mexico ilə mütəmadi olaraq əlaqələr yaradılmışdır. İnstitutun elmi fəaliyyəni, əməkdaşlarının apardıqları  tədqiqatları işıqlandırmaq məqsədi ilə fotoşəkillər çəkilir, elmi nəşrlər üçün materiallar hazırlanır, qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq beynəlxalq aləmə inteqrasiya prosesini davamlı olaraq həyata keçirirlər. Azərbaycan Respublikasının müxtəlif aqroekoloji şəraitinə uyğun, quraqlığa, duza, yüksək temperaturaya, soyuğa, xəstəlik və zərərvericilərə və yatmaya kompleks davamlı, kənd təsərrüfatı istehsalının tələblərini ödəyən intensiv tipli, daha yüksək məhsuldar və keyfiyyətli dənli taxıl sortlarının yaradılmasının nəzəri əsaslarının və təcrübi üsullarının işlənib hazırlanması məqsədlə Meksikada yerləşən Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq seleksiya mərkəzinin (CIММIТ) və keçmiş Sovetlər Birliyinə daxil olan və buğdanın seleksiyası ilə məşğul olan institutların hesabına müxtəlif morfofizioloji əlamətlərə malik zəngin buğda genofondu - Gen Bankı yaradıldı. Əkinçilik İnstitutu 1996-cıildən etibarən beynəlxalq seleksiya mərkəzləri olan ICARDA vəCIММIТ-lə dənli və dənli paxlalı bitkilərə dair nümunələrin introduksiya və sınağı, beynəlxalq vəregional tədbirlərdə iştirak, təlim kurslarında kadr hazırlığı və s. sahələrdə sıx əməkdaşlıq edir. Birgə əməkdaşlıq nəticəsində4 yumşaq buğda, 1 arpa, 1 noxud və1 mərci sortu yaradılmış və rayonlaşmışdır. Bu sortlar respublikada böyük əkin sahəsi tutur. İnstitutun fəaliyyəti müddətində bir çox işlər dünya elmi nailiyyətləri səviyyəsində aparıldığından Dövlət Elm və Texnika Komitəsi tərəfindən ixtira kimi qiymətləndirilərək 12 müəlliflik şəhadətnaməsi və səmərələşdirici təklif kimi 9 vəsiqə verilmişdir. İnstitutda yaradılan 118 sortdan 63-nə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının qərarıilərespublikanın müxtəlif bölgələri üçün rayonlaşdırılaraq ixtira hüququna malik olduğuna görə müəlliflik şəhadətnaməsi verilmişdir. İnstitut alimlərinin yaratdığı bir çox bərk buğda sortları öz keyfiyyət göstəricilərinə görə, hətta, dünya standartlarından üstün olmaqla 1981-89-cu illərdə 11 dəfə Moskva şəhərində Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri  Sərgisində,19 dəfə respublika sərgilərində, 9 dəfə beynəlxalq sərgilərdə, o cümlədən, 1982-ci ildə Əlcəzairdəvə Anqolanın paytaxtı Luanda şəhərində, 1983-cü ildə Həbəşistanın paytaxtı Əddis-Əbəbə şəhərində,1984-cü ildə Macarıstanın paytaxtı Budapeşt, 1985-ci ildə isə Hindistanın paytaxtı Dehli şəhərlərində və başqa yerlərdə nümayiş etdirilərək dəfələrlə yüksək mükafatlara və medallara layiq görülmüşdür.