Elmi kitabxana

Əkinçilik Elmi-Tədqiqat  İnstitutunun elmi kitabxanası 1951-ci ildə yaradılmışdır. İnstitutun elmi  kitabxanasının kitab fondu 28259 ədədi keçmişdir. Kitabxana fondu biologiya və kənd təsərrüfatı sahəsindəki, elmi kitablarla zəngindir. Kitabxananın ümumi fonduna mütəxəssislərin elmi məcmuələri, dissertasiya işləri və hesabtlar daxildir. Bütün bunlar kataloq və kartotekalarda öz əksini tapmışdır. Kitabxana biblioqrafik məlumat bazasına, ölkə və xarici ədəbiyyatların  ixtisas kataloquna, jurnal məqalələrinin məcmuəsinə, elmi əsərlərin toplusuna malikdir. Böyük sayda müxtəlif istiqamətli məlumat və lüğət fondu kitabxanada  iş prosesində oxucuları maraqlandıran kənd təsərrüfatı elmi və başqa sahələrə aid istənilən suallara cavab tapmağa imkan verir. Kitabxanada seleksiya, genetika, kənd təsərrüfatı  biologiyası, toxumçuluq, bitkiçilik, torpaqşünaslıq, aqrokimya, bitki fiziologiyası, molekulyar biologiya, biofizika, biokimya və başqa sahələrə aid biblioqrafik materiallar, referatif jurnallar toplanmışdır. Hal-hazırda institutun elmi kitabxanası vaxtaşırı respublikada çap edilən "Azərbaycan Aqrar Elmi", Azərbaycan Milli Elmlər Akademiyasının biologiya elmləri seriyasına dair Xəbərlər elmi jurnallarının, eləcə də Macarıstanda çap edilən "Cereal Research Communications", Beynəlxalq Bitki Genetik Ehtiyatlar İnstitutunun "İssues in Genetic Resources",  İCARDA-nın  "Seed İNFO", "Caravan" elmi jurnallarını və CİMMYT-in "Новости ЦAЗ" informasiya bülletenlərini alır.