Dissertasiya şurası

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda FD 04.012 Dissertasiya Şurası 08 iyul 2003-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 190 nömrəli əmri ilə təsdiq edilərək, həmin ildən fəaliyyət göstərir.

Dissertasiya Şurası AAK-ın 10 mart 2015-ci il 86 nömrəli əmri ilə yenidən təsdiq edilərək müdafiə üçün aşağıdakı ixtisaslar üzrə dissertasiyaların qəbul edilməsinə icazə verilmişdir.

3103.01-“Ümumi əkinçilik” ____________________ elmləri üzrə

3103.04-“Seleksiya və toxumçuluq” _____________  elmləri üzrə

3103.07-“Bitkiçilik” __________________________ elmləri üzrə

2015 - ci ildən başlayaraq Dissertasiya şurasinda müdafiə edənlər:

1. Şuranın 06 oktyabr 2015-ci il tarixli iclasında  Əkinçilik ET İnstitutunun əməkdaşı Həsənova Qətibə Musa qızının “Yumşaq buğda sortlarının dən keyfiyyətinin formalaşmasının genetik əsasları və onun seleksiyada istifadəsi” mövzusunda 3103.04 -“Seleksiya və toxumçuluq” ixtisasında aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi olmuşdur.

2. Şuranın iclasında Yemçilik Çəmənçilik və Otlaqlar İnstitutunun əməkdaşı Xəlilov Mətləb Məhəmməd oğlunun “Respublikanın dağ və dağətəyi bölgələrində (Gədəbəy rayonu timsalında) xaşa bitkisindən yüksək keyfiyyətli otun hazırlanma texnologiyasının öyrənilməsi” mövzusunda 3103.07-“Bitkiçilik” ixtisasında aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi olmuşdur.

3. Şuranın 27 noyabr 2015-ci il tarixli iclasında Meyvəçilik və Cayçılıq ETİ-nin əməkdaşı Sadıqov Ələddin Nemət oğlunun “Azərbaycan Respublikasının Quba-Xaçmaz bölgəsində alma sortlarının öyrənilməsi və seleksiyası” mövzusunda 3103.04 - “Seleksiya və toxumçuluq” ixtisasında aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi olmuşdur.

4. Şuranın 17 fevral 2016-cı il tarixli iclasında Pambıqçılıq ET İnstitutunun əməkdaşı Tağıyev Ələddin Əlirza oğlunun “Mutantlardan istifadə etməklə pambıq sortlarının yaradılması” mövzusunda 3103.04 - “Seleksiya və toxumçuluq”ixtisasında aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi olmuşdur.

5. Şuranın 26 aprel 2016-cı il tarixli iclasında Əkinçilik ET İnstitutunun əməkdaşı Məmmədova Pərvanə Mahmud qızının  “Abşeron şəraitində qarğıdalının silosluq kütlə və dən üçün becərilməsinin əsasları” mövzusunda 3103.07- “Bitkiçilik” ixtisasında aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi olmuşdur. 

6. Şuranın 26 aprel 2016-cı il tarixli iclasında Meyvəçilik və Cayçılıq ET İnstitutunun əməkdaşı Əliyev Faiq Qafar oğlunun “Quba-Xaçmaz bölgəsi şəraitində alma bitkisinin sink, mis və borla qidalanmasının pozulması və ona qarşı mübarizə tədbirləri” mövzusunda 3103.07 - “Bitkiçilik” ixtisasında aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi olmuşdur.

7. Şuranın 31 may 2016-cı il tarixli iclasında Meyvəçilik və Çayçılıq ET İnstitutunun əməkdaşı Məmmədov Cəlal Şamil oğlunun “Azərbaycan şəraitində becərilən subtropik bitkilərin aqrobioloji xüsusiyyətləri” mövzusunda 3103.07-“Bitkiçilik” ixtisasında aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi olmuşdur.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi
Əkinçilik Elmi-Tədqiqat İnstitutu 

Müəllifin adı

Mövzunun adı

İl

Nəticələrin qısa xülasəsi

1

Orucov Qüdrət Hilal oğlu

“Azərbaycanın dəmyə şəraitində arpanın seleksiyası üçün başlanğıc material “

2003

İlk dəfə olaraq Cənubi Muğan Zonası şəraitində ÜRBİ-un dünya arpa kolleksiyasından müxtəlif ekoloji-coğrafi mənşəyə malik 249 iki və çoxcərgəli arpa sortnümunələrinin quraqlığa davamlılığı həm tarla, həm də laboratoriya şəraitində müqayisəli şəkildə öyrənilmişdir. Tədqiqatlar nəticəsində seleksiyada başlanğıc material kimi və praktiki istifadə üçün 30-dan artıq quraqlığa davamlı sortnümunə ayırmaq mümkün olmuşdur. Ayrılmış sortlardan, standart kimi götürülmüş Pallidum-596 sortuna nisbətən 53,4-120,6 % çox məhsuldarlıq göstərən, kompleks təsərrüfat qiymətli əlamətləri ilə xarakterizə olunan - Kompoltil 1, MV-82, MV-50 (Macarıstan), Bielik (Polşa), Gunhild, Ca-46 (Danimarka), Ma-81-54 (Niderland), Schat (İsveçrə), Melody, Nsl9 (İngiltərə), Protidor, Zaidar (Fransa) və s. sortları göstərmək olar.

2

Həsənov Nemət Həsən oğlu

“Sələfdən asılı olaraq mineral gübrələrin tütün sortlarının məhsuldarlığına və keyfiyyətinə təsiri”

2004

Sələfdən və mineral gübrədən asılı oiaraq ətirlı tütün sortlarının məhsulunun formalaşması üzrə üç ildə aparılan tədqiqat işindən alınan müsbət nəticəiər 1994- 1995-ci iliərdə Şərur rayonunda və Şəki rayonunun 28 may toxumçuluq sovxozunda sınaqdan keçirilmişdir. Sovxozun sahəsində 10 hektar olmaqla iki təkrarda səiəfi payiziıq buğda olan sahədə təcrübə qoyulmuşdur. Təcrübə sahəsinə fosfor 60 kq, kalium 60 kq fonunda hektara 45 kq azot gübrəsi verilmişdir. Azot 45 kq və kalium 60 kq fonunda isə hektara təsiredici maddə hesabı ilə 90 kq fosfor gübrəsi verilmişdir. Təcrübədə qida sahəsi 70x15 sm ölçüdə götrülməklə, 1994-cü il may ayının 5-də və 1995-ci ildə isə may ayının 8-də qoyulmuşdur.Təcrübə sahəsinin becərilməsi metotikaya uyğun olaraq və həmin bölgə üçün qəbul edilmiş aqronomiya qaydaiarına əsasən aparlimışdır. Təcrübə Dübek-2898 və Samsun-155 sortları ilə qoyulmuşdur. Təcrübə üzərində iki dəfə becərmə işləri apaniıb, hər dəfə suvarmadan sonra bitkilərə qulluq ediimişdir. Sahəüə 25% çiçəkləmə olduqda, çiçək qrupu vurulmuşdur. Yarpaqlar bir qayda oiaraq yarusiar üzrə beş dərimdə aparılmışdır.Yığıimış yarpaqlann ayrılıqda hesabatı aparıimış və qurudulduqdan sonra nəmiəndiriiərək çeşidlərə ayrıimışdır. Tütün yarpaqlarmm növlərə ayrılması fermentasiya olunmamış tütüniər üçün qəbui edilmiş 8073-77 nömrəli dövlət standartına əsasən aparıimışdır. Təcrübədən alınan məhsuidarlığın, əmtəə növ çıxımının və çəkilən xərclərin əsasında iqtisadi səmərəlilik hesablanmışdır. 

3

İsmayılov Qüdrət Habil oğlu

“Qarabağ düzənliyinin suvarma şəraitində yeni intensiv payızlıq buğda sortlarının becərilməsinin aqrotexniki əsasları”

2008

Çoxamilli tədqiqat işlərindən alınmış nəticələri ümumiləşdirərək tədbirlərin həyata keçirilməsini fermerlərə tövsiyə edirik: Ağcabədi rayonunun suvarma şəraitində Əzəmətli-95 və Nurlu-99 sortlarmm noyabrın 1-ci ongünlüyiində, Qırmızı gül-l sortunun isə oktyabrın 3-cü ongünlüyündə səpilməsi daha məqsədə uyğundıır. Öyrənilən sortlar üçün səpinin hektara 3,5 mln. cücərən dən hesabı ilə aparılması daha səmərəli hesab olunur. Yüksək və keyfıyyətli dən məhsulunun alınmasını təmin etmək üçün hektara N90P60+10 ton peyin veıilməsi məsləhətdir. Nəzərdə tutulmuş mineral gübrələrin miiəyyən hissəsinin peyinlə əvəz edilməsi ekoloji və iqtisadi cəhətdən daha səmərəlidir.

4

Məmmədov Hafiz İsa oğlu

“Azərbaycanın müxtəlif aqroekoloji bölgələrində yerfındığı genotiplərinin tədqiqi və seleksiyada istifadəsi”

2009

Suvarma və dəmyə şəraitdə yerfındığının dünya kolleksiyasmdan və yerli sortlardan ibarət genofondunun öyrənilməsi nəticəsində, müxtəlif qiymətli təsərriifat əlamətlərinin mənbələri miiəyyən edilmişdir. Belə ki, ayrı-ayrı bölgələrdə apardığımız tədqiqat işlərinin nəticəsi olaraq respublikanın dəmyə və suvarma şəraiti üçün yerfındığının yeni sortlarmın yaradılmasına yönəldilmiş seleksiya proqramlarında aşağıdakı sort nümunələrindən istifadə olunması tövsiyə olunur: qısa vegetasiya müddətinə malik olan məhsuldar nümunələr - ICGV 95245, ICGV 94350, ICGV 94357, ICGV 94358. Məhsuldarlığına və keyfiyyətinə görə seçilən nümunələr - ICGV 93143, ICGV 92029, ICGV 94215, ICGV 95163, ICGV 95245. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycanda suvarma şəraitində geniş ərazilərdə becərmə üçün 2.5-3.0 t/ha. səviyyəsində yiiksək və sabit dən məhsulunun götüriilməsini təmin edən ICGV 95245, ICGV 94357, ICGV 94358, ICC.V 92029, ICGV 93143, ICGV 94350, ICGV 94215 nümunələri tövsiyə olunur.

5

Babayev Mehman Əsgər oğlu

“Azərbaycanın yerli arpa sortnümunələrinin aqrobioloji xüsusiyyətləri  və onların seleksiyada əhəmiyyəti”

2009

Azərbaycanın Düzən Qarabağ bölgəsində yerli arpa sortnümunələrinin suvarma şəraitində öyrənilməsi nəticəsində 30 ədəd perspektiv sortnümunələri seçilmiş və seleksiya işində başlanğıc material kimi istifadə etmək üçün tövsiyə edilir: Yüksək məhsuldar və tezyetişən nümunələr: K-7805, K-17893, K-15495 (Nutans), K-7202, K-7302, K-7322, K-7178, K-7168 (Pallidum) və s.; Yatmaya qarşı davamlı nümunələr: K-7805, K-15495, K-19131, K-17893 (Nutans), K-7412 (Medicum), K-7178, K-7202, K-7211, K-7322, K-17903, K-8141, K-7168 (Pallidum);  Kompleks göbələk xəstəliklərinə qarşı davamlı nümunələr: K-7805, K-17893, K-19131 (Nutans), K-4686, K-7412 (Medicum), K-7202, K-7211, K-7178, K-7322, K-7324 (Pallıdum); Dənlərinin tərkibində yüksək miqdarda (14,4-16,1%) zülal olan nümunələr: K-7805, K-17893, K-19131 (Nutans), K-7412 (Medicum), K-7178, K-7202, K-7211, K-17903 (Pallidum); Dənin tərkibindəki zülalda lizinin miqdarı yüksək (3,5-3,9%) olan nümunələr: K-7805, K-15495, K-17893 (Nutans), K-7412 (Medicum), K-7168, K-7178, K-7202, K-7211, K-17903 (Pallidum); Vahid sahədən yüksək miqdarda zülal çıxımını təmin edən nümunələr: K-7805, K-15495, K-17893, K-19131 (Nutans), K-4686, K-7412 (Medicum), K-7178, K-7202, K-7211, K-17903 (Pallidum); Vahid sahədən yüksək lizin çıxımmı təmin edən nümunələr: K-7805, K-15495, K-17893, K-19131 (Nutans), K-7412, K-4686 (Medicum), K-7178, K-7202, K-7211, K-17903 (Pallidum).

6

Hacıyeva Sevda  Kamal qızı

“Becərmə amillərinin buğdanın başlanğıc materialının biomorfoloji əlamətlərinə təsirinin öyrənilməsi və seleksiyada istifadəsi”

2010

Tədqiqat illərində becərmə amillərinin təsiri nəticəsində intensiv və ekstensiv tipə aid olan sortların məhsuldarlığımn formalaşmasındakı fərqi müəyyən edərək, Abşeron şəraitində səpin norması hektara yumşaq buğdalar üçün 3,5, bərk buğdalar üçün isə 3,0 milyon cücərən dən, intensiv tipli sortlar üçün hektara N120P60, ekstensiv tipli sortlar üçün isə hektara N90P40 gübrə normasının verilməsi və sortnümunələrin vegetasiya dövründə 3 dəfə suvarılması tövsiyə edilir. Aparılmış tədqiqatların nəticəsi olaraq kompleks müsbət təsərrüfat və texnoloji-keyfiyyət göstəricilərinə malik Pərzivan-1, Aran, Tərəqqi, Azəri, Qobustan (Azərb.), Bezostaya-1, Donetskaya AWYBGOP00-01 yubileynaya, Tanya, Faktor, Xlebodarka, Zimorodok (Rusiya), KN12, llthFAWWON KN149-193, SG.4.7063 (SİMMİT), 6314 (İran) yumşaq və Ağbuğda-13, Qaraqılçıq-2, Altun (Azərb.), Yerli-549 (Mərakeş), Rac-91 (Hindistan), Vezio (Fransa), Zedon-3D-56 (Əlcəzair), Bərəkət (Dağıstan), Bezençukskaya-65 (Rusiya) bərk buğda nümunələri seçilmış və bu nümunələrdə yüksək do- norluq qabiliyyəti müəyyənləşdirilmiş, qiymətli başlanğıc material kimi yerli buğda sortnümunələrinin rüşeym plazmasını zənginləşdirmək üçün hibrid- ləşrnə prosesində istifadəsi tövsiyə edilir. 2009-cu ildə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmiş Şəfəq-2 yumşaq buğda sortunun suvarma bölgələrində becərilməsi tövsiyə olunur.

7

Poladova Gülşən Hüseyn qızı

“Payızlıq buğdanın sortnümunələrinin müxtəlif ekoloji şəraitdə dən keyfiyyətinin öyrənilməsi və seleksiyada istifadəsi”

2011

Təsərrüfata müxtəlif ekoloji adaptivliyə malik sortların təklif edilməsi və istehsalçınm etibarlı, uzunmüddətii hava proqnozuna malik olmadığmı nəzərə alaraq nisbi yüksək dən keyfıyyətli buğda istehsahnı artırmaq məqsədilə respublikamızm taxılçiliq bölgələrində təklif olunan 2-3 sort və sortnümunələrinin becərilməsi məqsədəuyğundur. Dən keyfıyyətinə görə seleksiya işi apardıqda keyfiyyət göstəricilərinin torpaq-iqlim şəraitinə həssaslığını nəzərə alaraq bu əlamətlərə görə seçmə prosesinin bir neçə il təkrarən aparılması tövsiyə olunur. Qiymətli 2/17 sortu intensiv tipli olduğuna görə onun yalmz suvarma bölgəsində, Əzəmətli 95sortu isə nisbətən plastik oiduğuna görə həm dəmyə, həm də suvarma şəraitində becərmək təklif oiunur. 

8

İbrahimova İradə Qəzənfər qızı

“Müxtəlif arxitektonikalı buğda genotiplərinin morfofizioloji xüsusiyyətləri və onların seleksiyada dəyərliliyi”

2011

Yüksək məhsuldar və keyfiyyətli buğda sortlanmn yaradılması üçün seleksiya prosesində valideyn formalann secilməsində yarpaqlan şaquli istiqamətləmniş genotiplərə üstünlük verməklə, aşağıdakı parametrlərin nəzərə alınması məqsədə uyğundur. Sortun erkən yazda inkişafa tez baş- laması və tez sünbülləməsi, assimilyasiya edici səthin sahəsinin maksimum qiymətə daha tez çatması və onun uzun müddət fəaliyyətdə olması, quru biokütlənin, xüsusi səthi sıxlığın, fotosintezin intensivliyinin, fotosintetez potensialı qiymətlərinin yüksək olması, şaquli yarpaqlara malik sortlarda aşağı yarus yarpaqlann fotosintetik fəal şüalardan daha səmərəli istifadə etməsi və s. Bu xüsusiyyətlərdən seleksiya işi zamanı valideyn formalann seçilməsində və gələcək seleksiya prosesində istifadə edilə bılər.

9

Xudayev Faiq Allahverdi oğlu

“Növdaxili hibridləşmədən istifadə etməklə bərk buğdanın seleksiyası üçün yüksək dən keyfiyyətli ilkin materialın yaradılması”

2012

Gələcəkdə tədqiqat işlərində yüksək məhsuldar sortlann yaradılması üçün başlanığıc material kimi 71-110 sm boyu oian sortlardan hibridləşmədə istifadə ediiməsi tövsiyə edilir. Tədqiqat zamanı dəndə kleykovinanm miqdarma görə seçilmiş ən yüksək hibrid xətlər təhlil olunaraq müəyyən edilmışdir ki, Yaqut, Giorgio 12-573, Pərinc (ağ) sortları ana kimi, Qarabağ, Zedoni 3d-56 sortları isə ata kirni növdaxili hibridləşmədə istifadə oluııduqda kleykovinamn miqdarına görə daha yüksək effekt alınır. Bunu nəzərə alaraq bu sortlardan başlanığıc material kimi hibridləşmədə istifadə olunması tövsiyyə olunur. Həm yüksək məhsuldarlığa həm də dəndə zülalın miqdarının çox olmasınna görə fərqlənmiş bir neçə hibrid xətlər aşkar edilmişdir. Bu da eyni sortda həm yüksək məhsuldarlığın həm də dəndə zülalın çox olmasının mümkünlüyünü göstərir. Bu göstəriciyə görə fərqlənmiş Şiraslan 23 x Vüqar (Semlessens), Bərəkətli 95 x Əlincə 84 (Hordeiforme), Yaqut x Bəxt (Hordeiforme), Mirbəşir 50 x Qarabağ (Leukurum), Turan x Zedoni 3d-56 (Serulessens), Mirvari x Bərəkət (Valensiya), Giorgio 12-571 x Qarabağ (Serulessens), Giorgio 12-571 x Qarabağ (Leukumelan), Giorgio 12-571 x Mirvari (Leukumelan) hibrid xətlərini gələcək seleksiya işlərində başlanğıc material kimi istifadə olunması məqsədəuyğundur.

10

İbrahimov Etibar Rəhim oğlu

“Azərbaycanda buğdanın sarı pasa (Puccinia striiformisWest) effektiv davamlı genlərin müəyyənləşdirilməsi və seleksiyada istifadəsi”

2013

Yumşaq buğdanın seleksiyasında Nord Desprez.3, Avoset S Yr5.3, Avoset S Yr1, Avoset S Yr10, genləri sarı pasa davamlılığa görə donor kimi hibridləşmədə geniş sürətdə istifadə olunması tövsiyə edilir. Beynəlxalq seleksiya mərkəzlərindən introduksiya olunmuş buğda nümunələrindən seçilmiş kompleks əlamətlərinə, təsərrüfat və keyfiyyət göstəricilərinə görə fərqlənən 37 sarı pasa davamlılıq mənbəyı olan genotiplərin və həmçinin 21 hibrid xətti seleksiya proqramına daxil edilməsi tövsiyə edilmişdir. Kompleks proqram çərçivəsində yaradılmış yüksək məhsuldar və keyfiyyətli buğda sortları: Fərəhim sortunun dəmyə bölgələrində, Pərvin sortu isə suvarma bölgələrində becərilməsi tövsiyə olunur.

11

Əhmədov Şikar Həbulla oğlu

“Gəncə-Qazax bölgəsində yeni intensiv payızlıq buğda sortlarının becərilməsində əsas amillərin optimallaşdirilması”

2013

Gəncə-Qazax bölgəsinin aşağı suvarılan hissəsində payızlıq buğdanın Əzəmətli 95 sortunun noyabrın 1-ci ongünlüyündə, Aran sortunun isə oktyabrın 3-cü ongünlüyündə səpilməsi məqsədə uyğun hesab edilir. Bu sortların hektara 4,0 milyon cücərən dən hesabı ilə səpilməsi yüksək və keyfıyyətli dən məhsulunun alınmasını təmin edir, yəni optimal səpin norması sayılır. Yüksək və keyfıyyətli dən məhsulunun alınması üçün yonca sələfindən sonra bu sortlara N60P40+15 ton peyin verilməsi tövsiyə olunur. Mineral gübrələrin müəyyən hissəsinin peyinlə əvəz olunması ekoloji və iqtisadi cəhətdən yüksək və keyfiyyətli məhsul əldə edilməsinə səbəb olur.

12

Abdullayeva Nərgiz Musa qızı

“Şəki-Zaqatala bölgəsində Şərq xurmasının (Diospyros kaki L.) mövcud sortlarının təsərrüfat və bioloji xüsusiyyətlərinin öyrənilməsi”

2014

Şəki-Zaqatala bölgəsi şəraitində yüksək keyfıyyətli, iqtisadı cəhətdən rentabelli olan Quyboşi, Amon-kaki, Qeyli, Xaçia və Tranta-kaki sortları rayonlaşdırılma üçün Seleksiya Nailiyyətləri Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilməsi məqsədəuyğundur. Şəki-Zaqatala bölgəsində fermer təsərrüfatlarmda yeni Şərq xurması bağlarının salınması işində rayonlaşdırılmış Sidles və Xiakume sortları ilə yanaşı Quyboşi, Amon-kaki, Qeyli, Xaçia və Tranta-kaki sortlarından da geniş istifadə edilməsi tövsiyə olunur. Şərq xurması bitkisinin əkin materialının yetişdirilməsində artırılması üçün göz calağı üsulundan istifadə və göz calağının vurulması üçün ən optimal müddət aprel ayının 10-dan 30-dək hesab edilir- 4 yerə bölünmüş meyvələrin 2 saat ərzində, yarı bölünmüş meyvələrin isə 60%-li şəkər mətində (şirəsində) emal edilməklə qurudulması məsləhətdir. Satış üçün - Xiakume, Amon-kaki və Quyboşi, Qurutmaq üçün - Tanenaşi, Sidles və Xaçia sortlan, Emal üçün - Tamopan, Qeyli, Tranta-kaki və Kaki-mela sortları daha münasib sayılır.

13

Həsənova Qətibə Musa qızı

“Yumşaq buğda sortlarının dən keyfiyyətinin formalaşmasının genetik əsasları və onun seleksiyada istifadəsi”

2015

Yüksək çörək keyfıyyətinin genetik markerləri olan Gld 1A4, Gld 1A5 qliadin allel komponentlər bloklarını genomunda daşıyan Azəri, Murov, Qırmızı gül-1, Pərzivan 2, Ruzi 84, Uğur, Şəki-1 sortları yumşaq buğdanın seleksiyasında valideyn formalar kimi çörək keyfıyyətinin yüksəldilməsi üçün istifadə oluna bilər.Yumşaq buğda seleksiyasında yüksək zülal və məhsuldarlıq, gövdə pasma davamlılıq markerləri (Gld 1A6, Gld 1B3) daşıyan Aran, Pirşahin 1, Əzəmətli 95 sortlarının istifadəsi tövsiyə olunur,1B xromosomunun qlüteninkodlaşdıran lokusu ilə idarə olunan Glu B1-7* +9 və Glu B1-17+18 qlütenin komponenti yüksək keyfıyyət göstəriciləri ilə müsbət korrelyativ asılılığa malikdir. Bu allellərin daşıyıcısı olan Tərəqqi, Azəri sortlarından valideyn formalar kimi istifadə oluna bilər. Çörəkbişirmə keyfıyyəti yüksək olan Aran, Qırmızıgül-1, Azəri, Murov, Zirvə-85, Tale-38, Bəyaz sortlarınm çörəkbişirmə sənayesində istifadəsi tövsiyə olunur.

14

Məmmədova Pərvanə Mahmud qızı

“Abşeron şəraitində qarğıdalının silosluq kütlə və dən üçün becərilməsinin əsasları”

2016

Abşeron şəraitində qarğıdalının Zaqatala-420 sortunun aprelin 2-ci ongünlüyündə  səpilməsi  məqsədə uyğun hesab edilir. Bu sortun silosluq kütlə üşün hektarda 71 min bitki olmaqla 70 x20 sm və dən məhsulu almaq üçün isə hektarda 47 min bitki olmaqla 70x30 sm sxemində səpilməsi məsləhət bilinir. Abşeron bölgəsi şəraitində qarğıdalıdan iqtisadi cəhətdən səmərəli olan silosluq kütlə məhsulu əldə etmək üçün onun N130P100+20 ton peyin fonunda becərilməsi tövsiyə olunur. Yüksək miqdarda keyfiyyətli və iqtisadi cəhətdən səmərəli dən məhsulu  almaq üçün bu sortun optimal  qidalanma şəraiti  N180P120+20 ton peyin fonu hesab edilir.

15

Nəsirova Anarə İxtiyar qızı

“Gəncə-Qazax bölgəsində əməkömənci növlərinin senopopulyasiyalarının öyrenilməsi, aqrofitosenozlarda becərilməsi  və yem əhəmiyyəti”

2017

Heyvandarlığın  balanslaşdırılmış  yemlə təmin olunması məqsədi ilə yeni yem bitkilərinin axtarışı  və onlara yemlik əhəmiyyətinin qiymətləndirilməsi çox vacibdir. Bu baxımdan əməköməci növləri əhəmiyyətlidir, belə ki, onlar indiyə qədər  elmə texniki, tərəvəz, dərman və dekorativ xüsusiyyətlərə  malik bitkilər kimi məlum olmuş, sonradan isə yem kimi əhəmiyyətliliyi də aşkar edilmişdir.

16

Səlimov Vüqar Süleyman oğlu

“Azərbaycanda üzüm günofondunun seleksiya məqsədilə qiymətləndirilməsi və yeni sortların yaradılması”

2017

Tədqiqatın əsas məqsədi indiyə qədər öyrənilməyən oborigen üzüm sortlarının aşkar olunub kolleksiyaya daxil edilməsi, hərtərəfli tədqiqi, artırılması, kolleksiyadakı sort və formaların  kompleks qiymətləndirilməsi və introdusentlərlə zənginləşdirilməsi, təsərrüfat və seleksiya əhəmiyyətli yeni sort və formaların yaradılması, populyasiyaların variasiya, irsiyyət və dəyişkənlik əlamətlərinin qanunauyğunluqlarının öyrənilməsi, müxtəlif səbəblərdən irsi xüsusiyyəti pisləşmiş genotiplərin yaxşılaşdırılması, perspektiv nümunələrin müəyyən edilməsi və təsərrüfatlara tətbiqinin elmi və təcrübi əsaslarının işlənib hazırlanmasından ibarət olmuşdur.

17

Atakişiyev Cavid Əli oğlu

“Abşeron şəraitində bəcərilən innabın sort və formalarının təsərrüfat – bioloji və texniki qiymətləndirilməsi”

2017

Abşeron şəraitində innab meyvəsinin yetişdirilməsi, yeni sortların yaradılması, qiymətli təsərrüfat əlamətlərinin və xüsusiyyətlərinin öyrənilməsi, kütləvi şəkildə artırılması və istifadə olunması işlərinə böyük zəhmət sərf edilmişdir. Müəllif  innab bitkisinin bioloji xüsusiyyətlərini, xalq təsərrüfatında və tibdə əhəmiyyətini öyrənmiş və böyük təsərrüfatında bu bitkinin 15 sortu üzərində sınaqlar keçirilmişdir. İnnabın kimyəvi tərkibini, meyvələrin tökülməsini qışa davamlılığını, zərərverici və xəstəliklərini də  öyrənərək önəmli təkliflər vermişdir.