Elanlar

İşə qəbul olmaq istəyənlərin nəzərinə!

 

Əkinçilik Elmi-Tədqiqat İnstitutu magistr pilləsinin “Biologiya” və “Aqronomluq” ixtisaslarını bitirmiş, rus və ingilis dillərini mükəmməl bilən, elmə maraq göstərən bacarıqlı gəncləri işə dəvət edir. Həmçinin cari ildə Əkinçilik ET İnstitutunda “Seleksiya və toxumçuluq”, “Bitki mühafizəsi”, “Ümumi əkinçilik”, “Bitkiçilik”, “Bitki fiziologiyası”, “Biokimya”, “Aqrokimya” ixtisasları üzrə doktoranturaya qəbul ilə əlaqədar olaraq müsabiqə keçiriləcəkdir. İşə qəbul olmaq və doktoranturaya qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyənlər Əkinçilik ET İnstitutuna müraciət edə bilərlər. Xarici ölkələrdə təlim keçmə və iş təcrübəsi toplama imkanlarının təmin olunması nəzərdə tutulur.  E-mail:WWW.aetei@mail.ru