Dənin keyfiyyət analizi

- Daxil olan buğda, arpa, qarğıdalı və paxlalı bitkilərdən mərci və noxud nümunələrinin dən keyfiyyətinin analizi aparılır.
• Yumşaq buğdalarda dənin fiziki xüsusiyyətləri:1000 dənin kütləsi, natura kütləsi, şüşəvarilik;
• Dənin texnoloji xüsusiyyətləri: kleykovinanın miqdar və keyfiyyəti (İDK aparatında), sedimentasiya (sirkə turşusunda), çörəkbişirmə keyfiyyətinin laboratoriya qiymətləndirilməsi xüsusiyyəti (unun su udma qabiliyyəti, çörəyin həcmi və orqanoleptik əlamətlərin qiymətləndirilməsi);
• Biokimyəvi xüsusiyyətləri: dəndə zülalın miqdarının təyini;
• Bərk buğdalarda 1000 dənin kütləsi, natura kütləsi, şüşəvarilik;
• Dənin nexnoloji xüsusiyyətləri: kleykovinanın miqdar və keyfiyyəti (İDK aparatında, SDS-sedimentasiya (Na dodesil sulfatda);
• Biokimyəvi xüsusiyyətləri: dəndə zülalın miqdarının təyini;
• Arpada: dəndə zülalın təyini;
• Paxlalılarda: fiziki göstəricilər: qabığın ləpə yarpağına nisbəti;
• Biokimyəvi göstəricilər: dəndə zülalın və yağların miqdarı;
• Qarğıdalıda zülal və yağların miqdarı.
• Unun çökmə ədədi
• Unun su udma qabiyyəti (farinoqraf aparatında)
• Makaronun alınması