Toxumun keyfiyyət analizi

 
 
  • toxumların dövlət standartlarının tələblərinə cavab verəcək sortluq və səpin keyfiyyətlərinin təyini;
  • institutun mandatına daxil olan bitkilərin (buğda, arpa, qarğıdalı, noxud, mərci) ilkin toxumçuluq işlərinin aparılması, yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, xəstəliklərə; zərərvericilərə və müxtəlif iqlim şəraitinə dözümlü sortların toxumlarının səmərəli üsullarla artırılması və çoxaldılması;
  • dövlət reyesterinə daxil olan və bioloji cəhətdən təmiz orijinal, super-elit və elit toxumlarının istehsalı;
  • sığorta toxum fonduna nəzarət;
  • dövlət və özəl toxumçuluq təsərrüfatlarında lisenziya müqaviləsi əsasında toxumluq əkinlərin sortluq keyfiyyətinə nəzarət;
  • dövlət və özəl toxumçuluq təsərrüfatlarında uyğun bitkilərin toxumluq əkinlərin müqavilə əsasında aprobasiyası;
  • toxumçuluq subyektlərinin attestasiyalarında iştirak, sortun patent sahibi ilə lisenziya müqaviləsinin bağlanmasının təşkili;
  • toxumçuluq ixtisası üzrə mütəxəssislərin hazırlanması;
  • toxumçuluq üzrə sərgilər və hərracların təşkili;
  • toxum istehsalçılarını standartlar, təlimatlar və digər normativ hüquqi sənədlərlə təmin etmək;
  • ixtisaslaşdırılmış özəl toxumçuluq subyektləri ilə əməkdaşlığın gücləndirilməsi.