Aqrotexniki qulluq

Torpağın əsas becərilməsi

• Torpağın səpin qabağı becərilməsi

• Səpin müdətləri

• Səpin norması

• Səpin üsulları

• Mineral gübrələrin verilməsi

• Alaqlarla mübarizə

• Yaşıl mala

Suvarma  

F e r m e r l ə r   ü ç ü n  y a d d a ş

Dəmyə şəraitində taxıl sələfindən sonra payızlıq buğdanın becərilməsində əsas texnoloji əməliyyatlar

(1 ha üçün məhsuldarlıq: 3 ton dən + 3 ton küləş)

S/s

 Əməliyyatlar

İcra müddəti

1.

Taxıl yığıldıqdan sonra sahədən küləşin preslənib daşınması

iyul-avqust

2.

Sahənin 10-12 sm dərinlikdə diskili alətlə üzlənməsi

iyul-avqust

3.

Mineral və üzvi gübrələrin daşınması və sahəyə səpilməsi (300-350 kq superfosfat+10ton peyin )

iyul-avqust

4.

Sahənin şumlanması (20-22 sm dərinlikdə)

iyul-avqust

5.

Sahənin diskilənməsi (10-12 sm dərinlikdə)

avqust

6.

Sahənin səpinqabağı malalanması

sentyabr

7.

Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (Raksil – 0,08-0,1 l/200 kq toxum və ya Vitavaks 200 FF-0,6 l/200 kq toxum)

avqust-sentyabr

8.

Dərmanlanmış toxumun daşınması və hektara 4,0-4,5 mln cücərən dən hesabı ilə (180-200 kq) səpilməsi

Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi

sentyabr-oktyabr

9.

Yazda, buğdanın kollanma fazasında hektara 250 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (ammonium şorası) səpilməsi

mart-aprel

10.

Alaqlara qarşı herbisidlərlə kimyəvi mübarizənin aparılması. Birləpəli alaqlara qarşı 0,6-0,8 l/ha Puma Super və ya 0,3-0,4 l/ha Topik, ikiləpəlilərə qarşı 1,6-2,0 l/ha  2,4 D-Amin duzu və ya 0,15-0,18kq/ha Lintur

mart-aprel

11.

Yazda buğdanın kollanma fazasında əkinlərə səpinin köndələni istiqamətində yüngül dişli malanın çəkilməsi (yaşıl mala)

mart-aprel

12.

Məhsulun yığılması

iyul

13.

Taxılın daşınması və təmizlənməsi

iyul-avqust

Suvarma şəraitində payızlıq buğdanın becərilməsində

əsas texnoloji əməliyyatlar

(1 ha üçün məhsuldarlıq: 4 ton dən + 4 ton küləş)

S/s

 

Əməliyyatlar

 

İcra müddəti

1.

Taxıl yığıldıqdan sonra sahədən küləşin preslənib daşınması.

Cərgəarası becərilən bitkilərdən (qarğıdalı, pambıq, tütün və s.) sonra isə bitki qalıqlarının xırdalanıb sahəyə verilməsi

iyun-iyul

2.

Mineral və üzvi gübrələrin daşınması və sahəyə səpilməsi

 (400-450 kq superfosfat + 10-15ton peyin)

iyul-avqust

3.

Sahənin 25-27 sm dərinlikdə şumlanması

iyul-avqust

4.

Alaq toxumlarının cücərməsinə şərait yaratmaq və torpaqda nəmlik toplamaq məqsədilə sahəyə 1000-1200 m3/ha normasında su verilməsi (arat)

avqustun axırı-sentyabr

5.

Sahənin səpinqabağı dişli mala ilə malalanması

oktyabr

6.

Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (Raksil – 0,08-0,1 l/200 kq toxum və ya Vitavaks 200 FF-0,6 l/200 kq toxum)

sentyabr-oktyabr

7.

Dərmanlanmış toxumun daşınması və hektara 4,5-5,0 mln cücərən dən hesabı ilə (200-220kq) səpilməsi

Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi

oktyabr-noyabr

8.

Müvəqqəti suvarma arxlarının açılması

oktyabr-noyabr

9.

Səpsuvar (ehtiyac olarsa)

noyabr

10.

Yazda, buğdanın kollanma fazasında hektara 300-350 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (ammonium şorası) sahəyə səpilməsi

mart-aprel

11.

Alaqlara qarşı herbisidlərlə kimyəvi mübarizənin aparılması. Bir ləpəli alaqlara qarşı 0,6-0,8 l/ha Puma Super və ya 0,3-0,4 l/ha Topik, ikiləpəlilərə qarşı 1,6-2,0 l/ha  2,4 D-Amin duzu və ya 0,15-0,18kq/ha Lintur

mart-aprel

12.

Vegetasiya suvarmaları (2-3 dəfə)

aprel-may

13.

Məhsulun yığılması

iyun-iyul

14.

Taxılın daşınması və təmizlənməsi

iyul

Dəmyə şəraitində qara herikdən sonra payızlıq buğdanın becərilməsində

əsas texnoloji əməliyyatlar

(1 ha üçün məhsuldarlıq: 3 ton dən + 3 ton küləş) 

S/s

Əməliyyatlar

İcra müddəti

1.

Taxıl yığıldıqdan sonra sahədən küləşin preslənib daşınması

iyul-avqust

2.

Mineral və üzvi gübrələrin daşınması və sahəyə səpilməsi

(250-300 kq superfosfat + 10 ton peyin)

iyul-avqust

3.

Qara herik üçün şumun qaldırılması (25-27 sm dərinlikdə)

iyul-avqust

4.

Qara heriyin 2-3 dəfə diskili və dişli malalarla becərilməsi

(8-10 sm dərinlikdə)

aprel- avqust

5.

Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (Raksil – 0,08-0,1 l/200 kq toxum və ya Vitavaks 200 FF-0,6 l/200 kq toxum)

avqust-sentyabr

6.

Sahənin səpinqabağı malalanması

sentyabr

7.

Dərmanlanmış  toxumun  daşınması  və  hektara  4,0-4,5 mln  cücərən dən hesabı ilə (180-200 kq/ha) səpilməsi

Səpinlə birlikdə  hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi

sentyabr-oktyabr

8.

Yazda, buğdanın kollanma fazasında hektara 200 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (ammonium şorası) səpilməsi

mart-aprel

9.

Alaqlara qarşı herbisidlərlə kimyəvi mübarizənin aparılması. Bir ləpəli alaqlara qarşı 0,6-0,8 l/ha Puma Super və ya 0,3-0,4 l/haTopik, ikiləpəlilərə qarşı 1,6-2,0 l/ha  2,4 D-Amin duzu və ya 0,15-0,18kq/ha Lintur

mart-aprel

10.

Yazda buğdanın kollanma fazasında əkinlərə səpinin köndələni istiqamətində yüngül dişli malanın çəkilməsi (yaşıl mala)

mart-aprel

11.

Məhsulun yığılması

iyul

12.

Taxılın daşınması və təmizlənməsi

iyul-avqust