Ətraflı

Əkinçilik ET İnstitutunda 80 nəfərdən artıq elmi işçi keçmiş SSRİ-nin elmi mərkəzlərində biokimya, biofizika, biotexnologiya, torpaq fizikası, aqrokimya, molekulyar biologiya, aqroekosistemin riyazi modelləşdirilməsi, fotosintetik proseslərin riyazi modelləşdirilməsi, genetika, molekulyar genetika, bitkilərin fiziologiyası, radio biologiya, texniki kibernetika və informasiya nəzəriyyəsi, fitopatologiya, xəstəliyə qarşı bitkilərin immuniteti, quraqlığa davamlılıq üzrə seleksiya, EHM-in tətbiqi ilə təcrübi göstəricilərin riyazi işlənməsi və s. ixtisaslar üzrə uzunmüddətli ixtisas artırma kurslarında təhsil almışlar. 1972-1988-ci illərdə məqsədli aspiranturada 48 nəfər mütəxəssis hazırlanmışdır. Dövlət müstəqilliyi əldə edildikdən sonra yüksək ixtisaslı kadrların hazırlığı əsasən respublikanın özündə beynəlxalq əməkdaşlıq çərçivəsində müvafiq seleksiya mərkəzlərində (CIMMYT), Qarğıdalı və buğdanın yaxşılaşdırılması üzrə Beynəlxalq Seleksiya Mərkəzi,  ICARDA (Quraq Bölgələrdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz) və digər elmi mərkəzlərdə davam etdirilməkdədir. İnstitut yaranandan məqsədli aspirantura da daxil olmaqla 400-dən çox yüksək ixtisaslı elmi kadrlar hazırlanmışdır. Onlardan 255 nəfəri dissertasiya işlərini müvəffəqiyylətlə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almış, o cümlədən, Bitkilərin fiziologiyası və biotexnologiya şöbəsində aşağıdakı ixtisaslar: “Bitkilərin fiziologiyası”-35, “Biokimya”-12, “Biofizika”-16, “Molekulyar biologiya”-2, “Radiobiologiya”-4, “Mikrobiologiya”-2, “Riyazi biologiya”-5, “Molekulyar genetika”-1, “Bioüzvi kimya”-2 üzrə79 elmlər namizədi hazırlanmışdır. Uzun müddətli gərgin elmi axtarışların nəticələrinə əsasən 2010-cu ildən bu günə kimi institutun 11 əməkdaşı “Seleksiya və toxumçuluq”, “Genetika”, “Bitkiçilik”, “Torpaqşünaslıq”, “Bitki fiziologiyası”, “Aqrokimya” və s. ixtisaslar üzrə elmlər və fəlsəfə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi almışlar. Kadr hazırlığı sahəsindəki ənənə bu gün də müvəffəqiyyətlə davam etdirilməkdədir. Belə ki, 1996-cı ildən başlayaraq institutun 30 nəfərdən artıq əməkdaşı bağlanmış əməkdaşlıq müqavilələri çərçivəsində CIММYТ və ICARDA, həmçinin IPGRI, ICRISAT və IKBA da buğdanın və araxisin yaxşılaşdırılmasına, pas xəstəliklərinə, bitki genetik ehtiyatlarının məlumat bazasının yaradılmasına, dənli bitkilərin əsas xəstəlik vəzərərvericilərinə, mütərəqqi becərmə texnologiyalarına, torpaq-mühafizəedici və resurslara qənaətedici becərmə texnologiyalarına həsr edilmiş 100-ə qədər qısa və uzun müddətli təlim kurslarında təhsil almışlar. Bu kurslar dünyanın müxtəlif ölkələrini (Hindistan, İran, Meksika, Birləşmiş Ərəb Əmirliyi, Suriya vəTürkiyə) əhatə edir. Hazırlanmış yüksək ixtisaslı kadrlar hazırda ölkənin müxtəlif elmi-tədqiqat və ali tədris müəssisələrində, hökumət və dövlət orqanlarında məsul işlərdə çalışırlar, bəziləri isə ABŞ, Yaponiya, Almaniya, Fransa, Kanada, Avstraliya, İngiltərə, Çin, İsveç və başqa ölkələrə birgə elmi-tədqiqat işlərinin aparılması üçün dəvət olunub və hazırda orada uğurla işləyirlər.  

 

Əkinçilik ET İnstitutunun 2018-ci il üçün kadr hazırlığı  

 

Doktorantura

və ya dissertan-

turaya qəbul

planı

Qəbul edilib

Dissertasiya

müdafiə olunub

01.01.2018-ci ilə

fəlsəfə

doktorlarının

sayı

01.01.2018-ci

ilə cəmi dis-

sertantların

sayı

Elmlər

doktorluğu

üzrə hazırlıq

keçən-lərin sayı

Cəmi

%-lə

F.dok.

E.dok.

Əyani

Qiyabi

15

12

80

1

(Bitki-çilik)

-

1

17

17

10