İnstitut əməkdaşlarının kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək layihəsi çərçivəsində hazırladıqları dərs vəsaitləri işıq üzü gördü

24 noyabr 2017-ci il tarixində BP şirkətinin Azərbaycandakı layihələrdəki tərəfdaşları ilə birgə 2016-cı ilin sentyabr ayında Təhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində başlanılmış "Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması layihəsi"nin nəticələri və layihə üzrə yeni sahələrə əlavə dəstək verilməsi ilə bağlı  tədbir keçirildi. Tədbirdə institutun əməkdaşları modul müəllifləri kimi iştirak etmişlər. Layihənin məqsədi Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək vermək və beləliklə, ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə verməkdən ibarət olmuşdur. Qeyd edək ki, "British Council" tərəfindən yerinə yetirilmiş bu layihə nəticəsində bağçılıq (3 modul), bitkiçilik (5 modul), kənd təsərrüfatı texnikası/aqrar xidmətlər (4 modul) sahələri üzrə 12 təlim modulu üçün dərsliklər, tədris materialları və təlim metodologiyası işlənib hazırlanmışdır. Əkinçilk ET İnstitutunun əməkdaşları Faiq Xudayev, Həlimə Məmmdəova və Zöhrab Qəribov bitkiçilik ixtisası üzrə “Taxılçılıq”, “Qarğıdalı əkini”, “Yağlı bitkilər” “Bitkilərin əkini və qulluq tədbirləri” adlı dərsliklərin müəllifləri kimi bu layihədə iştirak etmişlər. Çap edilmiş layihələr Təhsil Nazirliyi tərəfindən təsdiqlənmişdir. Tədbirdə iştirak edən BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini Ceyhun Bayramov, Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts British Council təşkilatının Azərbaycan üzrə direktoru, xanım Elizabeth White öz çıxışlarında bu modullar uzrə hazırlanmış dərs vəsaitlərinin Kənd təsərrüfatı üzrə peşə təhsili alan tələbələrə əsas vəsait kimi istifadəsinin vacibliyini bildirdilər. Modulların hazırlanmasında əməyi olan bütün müəlliflərə və aidiyyati olan qurumlara dərin təşəkkürlərini bildirdilər.

Qargidali_ekini

Taxilchiliq

Yagli_bitkilerin_ekini

Bitkilerin_ekini_ve_qulluq_tedbirleri


İnstitut əməkdaşlarının kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək layihəsi çərçivəsində hazırladıqları dərs vəsaitləri işıq üzü gördü İnstitut əməkdaşlarının kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək layihəsi çərçivəsində hazırladıqları dərs vəsaitləri işıq üzü gördü İnstitut əməkdaşlarının kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək layihəsi çərçivəsində hazırladıqları dərs vəsaitləri işıq üzü gördü İnstitut əməkdaşlarının kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək layihəsi çərçivəsində hazırladıqları dərs vəsaitləri işıq üzü gördü İnstitut əməkdaşlarının kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək layihəsi çərçivəsində hazırladıqları dərs vəsaitləri işıq üzü gördü