III Payız Ətraf Mühit Məktəbi təşkil olunmuşdur

24-26 Noyabr 2017-ci il tarixlərində  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin Azərbaycanda  ətraf mühitin mühafizəsi mövzusunda III Payız Ətraf Mühit Məktəbi təşkil olunmuşdur. Payız məktəbində dinləyicilərə Biomüxtəliflik və Ekosistem xidmətləri, onların xarakteristikası, biomüxtəlifliyin idarə olunması, ekosistem xidmətlərinin iqtisadi nöqteyi nəzərdən qiymətləndirilməsi və inkişaf planına inteqrasiyası tədbirləri haqqında nəzəri məlumatlar verilmişdir. Payız məktəbində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin aparıcı elmi işçisi Tofiq Allahverdiyev iştirak etmişdir.


III Payız Ətraf Mühit Məktəbi təşkil olunmuşdur