Masallı rayonunda Strateji Yol xəritəsi cərcivəsində müşavirə keçirildi

29 noyabr 2017-ci il tarixində Masallı rayonundaStrateji Yol xəritəsi cərcivəsində keçirilən müşavirədə Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarından fermerlər, iri heyvandarlıq komplekslərinin nümayəndələri, ailə-kəndli təsərrüfat sahibləri, istehsal və emal müəssisələrinin nümayindələri, kənd təsərrüfatı idarələrinin mütəxəssisləri, suni mayalandırma və baytarlıq mütəxəssisləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbirdə Əkincilik ET İnstitutunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sеvil Abbasquliyeva “Yem istehsalında yeni texnologiyaların tətbiqi” mövzusunda təqdimatla çıxış etdi. Müşavirənin məqsədi “Azərbaycan Respublikasında  kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol xəritəsi” nin  2.2.1 bəndində nəzərdə tutulan intensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının tətbiqi və digər məsələlərlə əlaqədar olaraq respublikanın rayonlarında bir sıra tədbirlərin həyata keçirilməsi idi.


Masallı rayonunda Strateji Yol xəritəsi cərcivəsində müşavirə keçirildi Masallı rayonunda Strateji Yol xəritəsi cərcivəsində müşavirə keçirildi