Əkinçilik ET İnstitutu əməkdaşlarının televiziya çıxışları olmuşdur

03.12.2017 tarixində Əkinçilik ET İnstitutu “Dənin keyfiyyəti” laboratoriyasının müdiri, a.e.ü.e.d. Həsənova Qətibə ATV kanalının “Həftə sonu” verilişində cıxış edərək, çörəyin tərkibinin vitaminlərlə zənginləşdirilməsindən, əlavə qatqıların əhəmiyyətindən, İctimai televiziya kanalında müsahibə verən Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Cahangirov Atabəy isə taxıl əkinlərinin vəziyyətindən, ərzaq paxlalılarınin  (noxud, mərci) payız səpininə hazırlığından və s. bəhs etmişlər. 04.12.2017 tarixində AzTV-nın  “Günün nəbzi” verilişində cıxış edən Əkinçilik ET İnstitutunun direktoru b.ü.f.d., dosent Cavanşir Təlai taxılçılıqla bağlı bir sıra məsələlərə toxunmuş, geniş və əhatəli məlumat vermişdir.