AZERSUN şirkəti elmi-tədqiqat müəssisələrilə əməkdaşlığa maraqlıdırlar

01.12.2017 tarixində Əkinçilik ET İnstitutunda səfərdə olan Azersun şirkətinin “Biznesin inkişafı” departamentinin müdiri İlham Abdullayev institutun direktoru Cavanşir Təlai ilə görüşdü. Azersunun fəaliyyətinə dair ətraflı məlumat verən cənab İlham Abdullayev təmsil etdiyi şirkətin kənd təsərrüfatı təmayüllü elmi-tədqiqat institutları ilə, o cümlədən Əkinçilik ET İnstitutu ilə birgə elmi əməkdaşlığa maraqlı olduqlarını bildirdi. C.M.Təlai qonağa institutun elmi-təşkilati fəaliyyəti, məqsəd və vəzifələri, institutun mandatına daxil olan bitkilər, tədqiqat prioritetləri haqqında ətraflı məlumat verdi. Görüşün sonunda hər iki təşkilat arasında birgə əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması qərara alındı. Anlaşma memorandumunda Azersun şirkətində buğda, qarğıdalı, noxud (nut), yonca bitkiləri üzrə işçi qruplarının yaradılması və bu qruplara institutun elmi əməkdaşlarının cəlb edilməsi və digər zəruri məsələlər öz əksini tapacaqdır.


AZERSUN şirkəti elmi-tədqiqat müəssisələrilə əməkdaşlığa maraqlıdırlar AZERSUN şirkəti elmi-tədqiqat müəssisələrilə əməkdaşlığa maraqlıdırlar