Azərbaycan-Qazaxstan Hökümətlərarası komissiyanın iqtisadi əməkdaşlıq üzrə 14 –cü yığıncağı keçirildi

5-6.12. 2017 tarixlərində Əkinçilik ET İnstitutunun  “Dənin keyfiyyəti” laboratoriyasının aparıcı elmi işçisi Məmmədova Sevinc Mehti qızı  Azərbaycan Respublikasının Energetika  Nazirliyində keçirilən İqtisadi əməkdaşlıq üzrə  Azərbaycan Qazaxstan Hökümətlərarası komissiyanın yığıncağında iştirak etdi. Yığıncaqda  7 dekabr 2017-ci ildə Qazaxstan  Respublikasının Energetika Naziri K.A.Bozumbayev və Azərbaycan Respublikasının Energetika Naziri  P.O.Şahbazov tərəfindən imzalanacaq İqtisadi əməkdaşlıq üzrə  Azərbaycan Qazaxstan Hökümətlərarası komissiyanın 14-cü iclasının protokolunda nəzərdə tutulan maddələr üzrə Komissiya üzvləri, Azərbaycan və Qazaxstan Respublikalarının müvafiq Nazirlik və qurumlarının nümayəndələrindən ibarət ekspert qrupları iştirak edirdi. Burada Komissiyanın 22 sentyabr 2016-cı ildə keşirilmiş 13- cü iclasında qəbul edilmiş İqtisadi əməkdaşlıq, Yanacaq-energetika sahəsində əməkdaşlıq,  Nəqliyyat sahəsində əməkdaşlıq, Kənd təsərrüfatı sahəsində əməkdaşlıq və s üzrə qərarların  yerinə yetirilməsi və bu sahələrdə 2018-ci il üçün nəzərdə tutulacaq əməkdaşlıq yollarının razılaşdırılmsı məqsədi ilə müzakirələr aparıldı və K/t sahəsində əməkdaşlıq üzrə

-Quraqlığa, xəstəliklərə, zərərvericilərə davamlı toxum seleksiya materialının qarşılıqlı mübadiləsi üzrə müştərək elmi tədqiqat işlərinin  həyata keçirilməsi və seleksiya, k/t bitki  (buğda, arpa, qarğıdalı, soya, raps və b) sortlarının sınağının aparılması və toxumçuluğu üzrə təcrübə mübadiləsinin təmin edilməsi;

-Taxıl və paxlalı bitkilərin becərilməsi zamanı torpaqmühafizəedici və resurs qoruyucu texnologiyalıarın tətbiqi təcrübəsinin öyrənilməsi;

-K/t bitkilərinin sortsınağı sahəsində müştərək əməkdaşlığın inkişaf etdirilməsi istiqamətlərində  ümumi razılığa gəlindi.

Həmçinin 2018-2020-ci illərdə Azərbaycan Respublikası və Qazaxstan Respublikası arasında ticarı iqtisadi sahədə  ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə razılaşdırılmış kompleks tədbirləri əks etdirən Yol xəritəsi onun məqsədi, vəzifələri və proqramı müzakirə edildi. Nəzərdə tutulan Yol xəritəsinin həyata keçirilməsində digər sahələrlə yanaşı k/t sahəsi üzrə Aqrarsənaye kompleksində və həmçinin k/t məhsullarının qarşılıqlı tədarükü sahəsində üzünmüddətli əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin təmin edilməsi kimi məsələlər razılaşdırıldı.


Azərbaycan-Qazaxstan Hökümətlərarası komissiyanın iqtisadi əməkdaşlıq üzrə 14 –cü yığıncağı keçirildi