Əkinçilik ET İnstitutunda illik geniş hesabatların təqdimatı keçirildi

13.12. 2017 tarixində Əkinçilik ET İnstitutunda “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının və “Otlaq və biçənəklər” şöbəsinin illik geniş hesabatlarının təqdimatı keçirildi. “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri S.G.Abasquliyeva “Respublikada mövcud yemlərin keyfiyyət göstəricilərinin (kimyəvi tərkibinin) öyrənilməsi və yem rasionlarının hazırlanmasında istifadəsi”, laboratoriyanın aparıcı elmi işcisi Ə.M.Adıgözəlov "Amarant bitkisindən və dənindən kənd təsərrüfatı heyvanları və quşları üçün yem rasionunun hazırlanma texnologiyası", “Otlaq və biçənəklər” şöbəsinin müdiri R. N. Zeynalov «Azərbaycanın yay və qış otlaqları ekosisteminin dayanıqlı idarə edilməsi mexanizminin yaradılması üçün yaxşılaşdırma və səmərəli istifadə üsullarının texnoloji elementlərinin, proseslərin öyrənilməsi və təkmilləşdirilməsi» mövzusu üzrə, şöbənin elmi işçisi T.Y.Rüstəmova “Az məhsuldar və deqradasiyaya uğramış torpaqlarda təbii yem sahələrinin yaxşılaşdırılması üçün mədəni otlaqların yaradılması texnologiyasının işlənməsi və tətbiqi” işinin yekunlarına dair təqdimatla cıxış etdilər. Sonda geniş müzakirələr aparıldı.

 

 

 



 

 

 


Əkinçilik ET İnstitutunda illik geniş hesabatların təqdimatı keçirildi Əkinçilik ET İnstitutunda illik geniş hesabatların təqdimatı keçirildi Əkinçilik ET İnstitutunda illik geniş hesabatların təqdimatı keçirildi Əkinçilik ET İnstitutunda illik geniş hesabatların təqdimatı keçirildi Əkinçilik ET İnstitutunda illik geniş hesabatların təqdimatı keçirildi Əkinçilik ET İnstitutunda illik geniş hesabatların təqdimatı keçirildi