“Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin hesabat yığıncağı keçirildi

15.12.2017 tarixində Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlainin sədrliyi ilə "Bitki fiziologiyası və biotexnologiya" şöbəsinin 3 proqram üzrə illik hesabat yığıncağı keçirildi. Hesabat yığıncağını giriş sözü ilə açan C.Təlai illik yekun hesabat ücün sözü şöbənin elmi əməkdaşlarına verdi. "Respublikanın müxtəlif bölgələri üçün stres amillərə davamlı, yüksək məhsuldarlığa və texnoloji göstəricilərə malik yeni noxud və mərcimək sortlarının yaradılması, ilkin toxumçuluğunun təşkili, tətbiqi və yayımı" mövzusuna dair b.ü.f.d., dosent, aparıcı elmi işçi Mirzəyev Rüfət, "Müxtəlif buğda genotiplərinin stres şəraitində morfofizioloji, biokimyəvi və aqronomik göstəricilərinin tədqiqi və yüksək məhsuldarlığı şərtləndirən əlamətlərin müəyyən edilməsi və seleksiyada istifadəsi" mövzusunda b.ü.f.d., dosent, aparıcı elmi işçi Allahverdiyev Tofiq, b.ü.f.d. , aparıcı elmi işçi Hüseynov Seyfulla, b.ü.f.d., dosent, aparıcı elmi işçi, Abdullayeva Sevda, b.ü.f.d., dosent aparıcı elmi işçi Təmrazov Təmraz , b.ü.f.d., aparıcı elmi işçi Əhmədova Flora təqdimatla çıxış etdilər."İn vitro şəraitində müxtəlif buğda genotiplərində siqnal sistem əsasında hüceyrə səviyyəsində adaptivliyin öyrənilməsi" mövzusu üzrə isə b.ü.f.d., aparıcı elmi işçi Məmmədova Mahirə hesabat verdi.Hesabat yığıncağının sonunda geniş müzakirə aparıldı.

 


“Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin hesabat yığıncağı keçirildi “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin hesabat yığıncağı keçirildi “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin hesabat yığıncağı keçirildi “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin hesabat yığıncağı keçirildi