Görkəmli alim, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə müsabiqə keçirildi

13-15.12.2017 tarixində görkəmli alim, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə “Məktəblilərin II respublika ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsi keçirildi. “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin illik maarifləndirmə proqramı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi üzrə ekoloji maarifləndirmə ilə əlaqədar həyata keçirilir. Müsabiqədə “Meyvəçilik”; “Arıçılıq”; “Heyvandarlıq”; “Meşə məhsulları”; “Tərəvəzçilik”; “Subtropik bitkilər”; “Gülçülük”; “Dənli bitkilər”; “Balaca fermer” nominasiyaları üzrə ümumtəhsil məktəblərinin şagirdləri iştirak edirdilər. Müsabiqənin keçirilməsində Əkinçilik Elmi Tədqiqat İnstitutun elmi əməkdaşları Məmmədova Sevinc və Zeynalov Rasib münsiflər heyətinin tərkibində fəal iştirak etmişlər.

 

 


Görkəmli alim, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə müsabiqə keçirildi Görkəmli alim, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə müsabiqə keçirildi Görkəmli alim, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə müsabiqə keçirildi