İnstitutun əməkdaşı

15.12.2017 tarixində Əkinçilik ET Institutunun əməkdaşı Qəribov Zöhrab, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ( İİTKM) pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələri ilə birgə "Azexport" (azexport.az) internetportalından istifadə qaydaları haqqında təşkil edilmiş təlimdə iştirak etmişdir. Qeyd edək ki, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsi üzrə tədbirlər planlarında Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri ilə birgə İİTKM-nin də qarşısına pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda (azexport.az) yerləşdirilməsi məsələsi qoyulub. Bu 3 proqramın icrasını təmin etmək məqsədi ilə keçirilən tədbirdə 30-a yaxın yerli şirkətin nümayəndəsi iştirak edib və onlara "Azexport" portalı barədə ətraflı məlumat verilib. Portalın meneceri Ayxan Qədəşov təlimdə təqdimatla çıxış edib və şirkət nümayəndələrinə məhsulları portala yerləşdirilməsi qaydasını izah edib. İİTKM-nin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn, "Azexport" portalının rəhbəri Zaur Qardaşov şirkət nümayəndələrini maraqlandıran sualları cavablandırıb.Təlimdən sonra pambıq, tütün və ipək məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlərin nümayəndələri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar.

 


İnstitutun əməkdaşı İnstitutun əməkdaşı