Əkinçilik ET İnstitutunda illik geniş hesabatların növbəti təqdimatı keçirildi

19.12.2017 tarixində Əkinçilik ET İnstitutu “Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin” illik geniş hesabatının təqdimatı keçirildi. Şöbənin müdiri a.e.ü.f.d., dosent M.Y.Rzayev bir mövzuya dair səkkiz iş üzərində tədqiqat aparıldığını bildirdi və bu barədə ətraflı məlumat verdi. “Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin” aparıcı elmi işçisi, a.e.ü.f.d. Z.M.Abdullayeva "Respublikanın bölgələri üzrə tarla bitkilərinin becərilməsinin və torpaq münbitliyinin idarə olunmasının elmi və praktiki əsaslarının öyrənilməsi", aparıcı elmi işçisi, b.ü.f.d. B.H.Abbasov "Şəki-Zaqatala bölgəsində müxtəlif bitkilərdən sonra qaldırılmış dondurma şumunun yazda qarğıdalı səpini üçün becərilmə xüsusiyyətlərinin öyrənilməsi", b.ü.f.d., dosent N.Q.Hümbətov "Dağlıq Şirvanın quraq dəmyə şəraitində müxtəlif aqrosenozlarda torpağin fiziki keyfiyyət göstəricilərinin tədqiqi", b.e.i. Q.A.Kazımov “Düzən Şirvanın suvarılan torpaqlarında təmiz və qarışıq səpinlərin yem bitkilərinin (amarant, sorqo) məhsuldarlığına və keyfiyyətinətəsirinin öyrənilməsi", N.M. Seyidov "Suvarma və dəmyə şəraitində müxtəlif mineral və "Azofos" gübrələrinin birillik yem bitkilərinin (raps, gülül, vələmir) qarışıq səpinlərinin yaşıl kütlə məhsuldarlığına və keyfiyyətinə təsirinin öyrənilməsi" a.e.ü.f.d., dosent M.Y.Rzayev "Suvarma şəraitində tarla bitkiləri üçün vəsaitə qənaətedici torpaq becərmələrinin öyrənilməsi”elmi tədqiqat işlərinin illik yekununa dair təqdimatla çıxış etdilər. Sonra fikir mübadiləsi, müzakirələr aparıldı. Suallar ətraflı olaraq cavablandırıldı. Hesabatlar yekdilliklə qəbul edildi.

 


Əkinçilik ET İnstitutunda illik geniş hesabatların növbəti təqdimatı keçirildi Əkinçilik ET İnstitutunda illik geniş hesabatların növbəti təqdimatı keçirildi Əkinçilik ET İnstitutunda illik geniş hesabatların növbəti təqdimatı keçirildi Əkinçilik ET İnstitutunda illik geniş hesabatların növbəti təqdimatı keçirildi