Yerli sort nümunılərinin ilkin sınağı

20.12.2017 tarixində Əkinçilik ET İnstitutu “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin böyük elmi işçi Kazımov Qabil Muğan bögəsi fermerlərinin təlabatına əsasən yerli sort nümunılərindən istifadə etməklə yem istehslının artırılması və ərzaq buğdasının keyfiyyət göstəricilərinin öyrənilməsi  məqsədilə Sabirabad rayonunda olmuşdur. Həmin müddətdə institutumuzun elmi əməkdaşları tərəfindən yaradılmış arpa və buğda sort nümunələrinin rayonun Güdəcühür kəndində yerləşən Vəliyev Bəydabə oğlunun rəhbərlik etdiyi “Elgün” MMC-nin ərazisində ilkin sınaq üçün tədbir keçirildi. Tədbirdə Sabirabad rayon kənd təsərrüfatı idarəsinin “Bitkiçilik” şöbəsinin müdiri Məhəmməd Məmmədov, rayon toxumçuluq idarəsinin müdiri Asif Salmanov, “ Su Qovşağı” rayon qəzetinin xüsusi müxbiri Elçin Nəsibov və Güdəcühür kənd bələdiyyə sədri Mirməhəmməd Əsgərov və başqaları iştirak edirdilər. Səpin üçün lazım olan bütün aqrotexniki tədbirlər yüksək keyfiyyətlə başa çatdiqdan sonra səpinə başlanıldı. Səpinlə bərabər “Amafos” mineral gübrəsi (fiziki çəkidə 200 kq ) verilərək 1 (bir) hektar sahədə aşağıda adları göstərilən arpa (Qarabağ 33, Qarabağ 7 ) və buğda (Qırmızıgül, Fatimə, Murov 2, Tale 38, Əsgəran, Bərəkətli – 95,  Xəzri, Zəngəzur sort nümunalərinin səpinləri aparıldı. Səpində “Elgün” MMC-yə məxsus texnika və avadanlıqlardan istifadə olundu.


                               Yerli sort nümunılərinin ilkin sınağı                                Yerli sort nümunılərinin ilkin sınağı                                Yerli sort nümunılərinin ilkin sınağı