20 Yanvar – Tarixin Qan Yaddaşı!

17.01.2018 tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı “20 Yanvar şəhidləri Azərbaycan xalqının müstəqilliyinin, azadlığının qəhrəmanlıq səlnaməsidir” mövzusunda anım tədbiri keçirildi. İnstitutun direktoru Cavanşir Təlai anım tədbirini giriş sözü ilə açdıqdan sonara 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. C.Təlai Qanlı Yanvar həqiqətlərindən bəhs etdi. O bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının öz torpaqlarını qorumaq və azad etmək uğrunda hər cür fədakarlıqlara qadir olmaq, güclü və qüdrətli dövlət qura bilmək və yaşatmaq potensialını və haqqını ortaya qoydu. Sonra 20 Yanvar faciəsini əks etdirən film nümayiş etdirildi. Sevil Abbasquliyevanın 20 Yanvar şəhidlərinə həsr olunmuş bədii qiraəti, Laçın rayonundan köçkün düşən Əsmər Həsənovanın 20 Yanvar faciəsinə həsr olunmuş şeri, Xocalı rayonundan köçkün düşən Sevda Hacıyevanın tədbirə həsr edilmiş müraciəti dərin kədər hissi ilə dinlənildi. Daha sonra institutun əməkdaşları faciə ilə bağlı cıxış etdilər, ürək sözlərini və kədərli xatirələrini bölüşdülər. Tədbirin yekununda institutun direktoru C.Təlai bildirdi ki, şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, işğal altında olan torpaqlar azad ediləcək, ərazi bütövlüyümüz bərpa olunacaq. Ölkəmiz daim inkişaf edəcək!


20 Yanvar – Tarixin Qan Yaddaşı! 20 Yanvar – Tarixin Qan Yaddaşı! 20 Yanvar – Tarixin Qan Yaddaşı! 20 Yanvar – Tarixin Qan Yaddaşı! 20 Yanvar – Tarixin Qan Yaddaşı! 20 Yanvar – Tarixin Qan Yaddaşı! 20 Yanvar – Tarixin Qan Yaddaşı! 20 Yanvar – Tarixin Qan Yaddaşı! 20 Yanvar – Tarixin Qan Yaddaşı! 20 Yanvar – Tarixin Qan Yaddaşı!