Əsəd Cənət oğlu Musayevin vəfatı ilə əlaqədar anım tədbiri kecirildi

23.01.2018 tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunda zəmanəmizin görkəmli seleksiyaçı və toxumçu alimi Azərbaycanda Milli Kənd Təsərüffatı Tədqiqatları Sisteminin İnkişafında böyük xidmətləri olmuş əsl elm fədaisi, ictimai xadim Əsəd Cənnət oğlu Musayevin vəfatı ilə əlaqədar anım tədbiri keçirildi. Tədbiri açan institutun direktoru Cavanşir Təlai bütün kollektivə və tədbirdə  iştirak edən görkəmli alimin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verdi, mərhumun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Alimin İnstitutun elmi əməkdaşlarından Sevda Hacıyeva, Elxan Əliyev, Məzahir Rzayev, Seyfulla Hüseynov, Qətibə Həsənova, Rasib Zeynalov, Rəhminə Zamanova çıxış edərək alimin zəngin elmi yaradıcılığından söz açdılar, Azərbaycanda kənd təsərrüfatı elminin inkişafındakı rolundan və gördüyü işlərdən danışdılar. Keçdiyi ömür yoluna həsr edilmiş video çarx nümayiş etdirildi. Sonra mərhum alimin nəvəsi xatirələrini və ürək sözlərini kollektivlə bölüşdü. Tədbirin yekununda institutun direktoru C.Təlai kədər hissi ilə bir daha bildirdi ki, görkəmli seleksiyaçı-toxumçu alim Əsəd Cənnət oğlu Musayevin keçdiyi şərəfli ömür yolu gənc alimlər üçün də nümunə olacaq, xatirəsi qəlbimizdə daim yaşayacaqdır. 

 


Əsəd Cənət oğlu Musayevin vəfatı ilə əlaqədar anım tədbiri kecirildi Əsəd Cənət oğlu Musayevin vəfatı ilə əlaqədar anım tədbiri kecirildi Əsəd Cənət oğlu Musayevin vəfatı ilə əlaqədar anım tədbiri kecirildi Əsəd Cənət oğlu Musayevin vəfatı ilə əlaqədar anım tədbiri kecirildi Əsəd Cənət oğlu Musayevin vəfatı ilə əlaqədar anım tədbiri kecirildi Əsəd Cənət oğlu Musayevin vəfatı ilə əlaqədar anım tədbiri kecirildi Əsəd Cənət oğlu Musayevin vəfatı ilə əlaqədar anım tədbiri kecirildi