Əkinçilik ET İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş illik hesabat yığıncağı kecirildi

06.02.2018 tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun 2017-cı ilə dair elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş illik hesabat yığıncağı kecirildi. Hesabat yığıncağında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev iştirak edirdi. Hesabat yığıncağına sədrlik edən Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai yığıncağı giriş sözü ilə acdı və ömrünün 80-ci ilində dünyasını dəyişmiş dünya aqrar elminin xəzinəsini zənginləşdirmiş, zəmanəmizin görkəmli seleksiyaçı-toxumçu alimi, ömrünün əlli ildən artıq bir dövrünü müqəddəs nemətimiz olan buğdanın tədqiqatlarına həsr etmiş, Milli Kənd Təsərrüfatı Tədqiqatları Sisteminin inkişafında böyük xidmətləri olmuş, uzun müddət Aqrar Elm Mərkəzinə və Əkinçilik Elmi-Tədqiqat İnstitutuna rəhbərlik etmiş, əsl elm fədaisi, ictimai xadim Əsəd Cənnət oğlu Musayevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra C. Təlai  gündəliyə aid olan məsələlərdən, institutun mandatına daxil olan bitkilər üzrə aparılan elmi tədqiqat işlərinin ərzaq təhlükəsizliyi istiqamətindəki əhəmiyyətindən və s. bəhs etdi. O, həmcinin qeyd etdi ki, taxılçılıq kənd təsərrüfatının strateji sahəsi olduğu ücün ölkə prezidenti İlham Əliyev bu sahənin inkişafına xüsusi diqqət yetirir. Taxılcılığın inkişafı “Strateji yol xəritəsi”ndə də öz əksini tapmış və görduyumuz ilşər də bu istıqamətdə yönləndirilmişdir. Əkinçilik ET İnstitutunun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov "Əkinçilik ET İnstitutunun 2017-cı il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında" təqdimatla cıxış etdi. Sonra buğda proqramının yerinə yetirilməsindən proqramın rəhbəriAbidin Abdullayev, arpa proqramının rəhbəri Qərib Novruzlu, qarğıdalı proqramının rəhbəri Sevindik Dünyamalıyev, Yem bitkiləri proqramının rəhbəriRasib Zeynalov, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva “Dənli, dənli-paxlalı və yem bitkilərin seleksiyasına, yemlərin texnologiyasına və otlaqların idarə olunmasına dair 2017-ci ildə aparılan tədqiqat işlərinin yekunları və qarşıda duran vəzifələr haqqında”, Davamlı əkinçilik və bitki diversifikasiyası proqramının rəhbəri Məzahir Rzayev "İqtisadi cəhətdən səmərəli olan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən mütərəqqi becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanmasına dair 2017-cı ildə aparılan tədqiqat işlərinin yekunları və qarşıda duran vəzifələr haqqında", Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov “Əkinçilik ET İnstitutunun 2017-ci il üçün toxumçuluq fəaliyyəti haqqında” institutun bölgə təcrübə stansiyalarının direktorları 2017-ci il üçün təsərrüfat fəaliyyətlərinin yekunları, problemləri və qarşıda duran vəzifələrinə dair illik hesabatla cıxış etdilər. Mövzular ətrafında yekun müzakirələr aparıldı. Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev "Strateji yol" xəritəsinə istinadən, dövrün tələblərindən, institutun üzərinə düşən vəzifələrin aktuallığından, gələcək fəaliyyətindən, maddi-texniki bazanın möhkəmləndirilməsindən, institutda görülmüş elmi-tədqiqat işlərinin tətbiqi və iqtisadi səmərəliliyi məsələlərindən ətraflı olaraq bəhs etdi. İnstitutun direktoru C.Təlai hesabatla cıxış edən əməkdaşları diqqətlə dinlədikdən sonra tövsiyələrini verdi və institutun numunəvi olaraq tarixi ənənəsinin daim davam edəcəyinə əmin olduğunu bildirdi .


Əkinçilik ET İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş illik hesabat yığıncağı kecirildi Əkinçilik ET İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş illik hesabat yığıncağı kecirildi Əkinçilik ET İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş illik hesabat yığıncağı kecirildi Əkinçilik ET İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş illik hesabat yığıncağı kecirildi