ADAU-da Azərbaycan Respublikasının Dünya Bankının üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirildi

Cari ilin 08 fevral tarixində Azərbaycan Dövlət Aqrar Universitetində Azərbaycanın Dünya Bankında üzvlüyünün  25 illiyi və ölkənin kənd təsərrüfatının inkişafı sahəsində fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirildi. Kənd təsərrüfatı nazirinin müavini cənab Seyfəddin Talıbovun sədrliyi ilə keçirilən tədbirdə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon, Dünya Bankının Azərbaycandakı nümayəndəsi cənab Navid Naqvin, Dünya Bankının kənd təsərrüfatı layihəsinin rəhbəri cənab Rufiz Çıraqzadə, KTN yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, nazirliyin aidiyyəti üzrə digər strukturların əməkdaşları iştirak edirdilər. Tədbirdə Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai də iştirak edirdi. Tədbirin proqramına uyğun olaraq xanım Mersi Tembon və iştirak edən digər qonaqlar Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin muzeyini ziyarət etdilər. Qonaqlara ADAU-da yerləşdiyi bu binanın müstəqil Azərbaycan dövlətinin ilk hökumət binası olduğuna dair məlumat verildi. Azərbaycanın ururverici tarixə malik olduğunu bildirən xanım Tembon Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Dünya Bankı daim öz dəstəyilə ölkəmizin yanında olub və hal-hazırda iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində yaxından əməkdaşlıq etdiyini, xüsusən də kənd yerlərinin inkişafı sahəsində əməkdaşlığa önəm verildiyini qeyd etdi. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov öz çıxışında Dünya Bankının Azərbaycan Hökumətinin ən etibarlı və mühüm tərəfdaşlarından biri olduğunu vurğuladı. Dünya Bankının dəstəyilə KTN tərəfindən bir neçə layihənin həyata keçirildiyini diqqətə çatdıran cənab S.Talıbov hazırda davam edən “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” və 2-ci Kənd İnvestisiya Layihəsini xüsusilə vurğuladı. O, “KTRQGL” çərçivəsində keçirilən tədbirlərdə ADAU-nun tələblərinin iştirakının, heyvan sağlamlığı və baytarlıq təbabəti ixtisası üzrə təcrübi fəaliyyətlərə cəlb edilmələrinin, bitki mühafizəsi ixtisası üzrə kurrikulum hazırlanmasının, elmi-tədqiqat işləri ilə məşğul olan gənc kadrların xaricdə və ölkəmizdə müxtəlif praqramlarda iştirakının gələcəyin aqrar mütəxəssisi potensialının gücləndirilməsinə töhfə verdiyini qeyd etdi.Tədbirin sonunda qonaqlar ADAU-nun müasir tipli tədris-təcrübə ferma kompleksi ilə, tələbə yataqxanasındakı şəraitlə yaxından tanış oldular.


ADAU-da Azərbaycan Respublikasının Dünya Bankının üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirildi ADAU-da Azərbaycan Respublikasının Dünya Bankının üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirildi ADAU-da Azərbaycan Respublikasının Dünya Bankının üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirildi ADAU-da Azərbaycan Respublikasının Dünya Bankının üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirildi