Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi

16.02.2018 tarixində Əkinçilik ET İnstitutunda elmi seminar keçirildi. Seminarı institutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov acdı. O, elmi seminarların təşkil olunmasının mahiyyətindən, gənc mütəxəssislər ücün əhəmiyyətindən bəhs etdikdən sonra cıxış üçün "Dənin keyfiyyəti" laboratoriyasının müdiri, a.e.ü.e.d., dosent Qətibə Həsənovaya söz verdi. Q. Həsənova "Biotik və abiotik amillərin dənli və dənli paxlalı bitkilərin keyfiyyət göstəricilərinə təsiri" mövzusunda geniş və maraqlı təqdimatla çıxış etdi. İnstitutun əməkdaşlarından Abdullayev Abdin, Rüstəmov Xanbala, Hacıməmmədov İmrəli, Əliyev Arif maqarlı suallarla müraciət etdilər. Q.Həsənovanın təqdimatla cıxışından sonra elmi müzakirələr aparıldı. Seminar işini müvəffəqiyyətlə  başa catdırdı.

 

 


Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi