Əkinçilik İnstitutunda BMT çərçivəsində icra olunacaq layihələrdə əməkdaşlıq edilməsi ilə bağlı görüş keçirildi

Cari ilin 21 fevral tarixində Əkinçilik İnstitutunda BMT çərçivəsində biomüxtəlifliyin tədqiqi ilə bağlı icra olunacaq layihədə birgə əməkdaşlığa həsr edilmiş görüş keçirildi. Görüşdə layihə əlaqələndiricisi Fərid Abbasov, qrant layihələri üzrə menecer Elçin Əlimərdanov, Genetik Ehtiyatlar İnstitutunun direktor müavini Mehrac Abbasov və institutun müvafiq strukturların rəhbərləri və aparıcı mütəxəssisləri iştirak edirdilər. Görüşdə institutun direktoru Cavanşir Təlai institutun təşkilati strukturu, tədqiqat prioritetləri, mandatına daxil olan bitkilər, qarşıda duran məqsəd və vəzifələr, toxumçuluq fəaliyyəti və sair haqqında qonaqlara ətraflı məlumat verdi. Qonaqlar gəlişin məqsədi, layihə çərçivəsində əməkdaşlığın istiqamətləri, xüsusən də seleksiya, biomüxtəlifliyin öyrənilməsi və mühafizəsi ilə bağlı işlərə daha çox üstünlük veriləcəyini bildirdilər. Sonda ilkin olaraq təlim mövzularının müəyyənləşdirilməsi, seleksiya işləri ilə bağlı kənd təsərrüfatı texnikalarınıa və zəruri avadanlıqlara olan ehtiyacların müəyyənləşdirilməsi, rayonlaşmış və perspektivli taxıl sortlarına dair qısa arayışların hazırlanması qərara alındı. Görüş konstruktiv müzakirələrdə başa çatdı.


Əkinçilik İnstitutunda BMT çərçivəsində icra olunacaq layihələrdə əməkdaşlıq edilməsi ilə bağlı görüş keçirildi Əkinçilik İnstitutunda BMT çərçivəsində icra olunacaq layihələrdə əməkdaşlıq edilməsi ilə bağlı görüş keçirildi