Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi

22.02.2018-ci il tarixində Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi. Seminarı institutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov acdı. O, elmi seminarın bu günkü mövzusunun aktuallığından, mahiyyətindən və s. bəhs etdi. Sonra "Bitki fiziologiyası və biotexnologiya" şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d., dosent Tofik Allahverdiyevə söz verdi. T.Allahverdiyev “İqlim dəyişkənliyi və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı: problemlər və onların həlli yolları” mövzusunda təqdimatla çıxış etdi. Aktuallığı ilə diqqət çəkən təqdimat maraqla dinlənildi. Mövzu ətrafında suallar səsləndirildi və elmi  müzakirələr aparıldı.

 

 


Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi