Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Xocalı soyqırımının 26-cı il dönümü ilə bağlı anım tədbiri keçirildi

Tədbirdə Xocalı faciəsi zamanı qətlə yetirilmiş günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra institutun direktoru Cavanşir Təlai Xocalı soyqırımının xüsusi amansızlıqla erməni təcavüzkarları və onların havadarları tərəfindən törədilməsi barədə məlumat verdi.
Bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motaatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı etnik soyqırımı törətdilər. Faciə zamanı 2500 Xocalı sakinlərindən 63 uşaq, 106 qadın, 70-i yaşlı insan olmaqla, 613 nəfər qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gələrək yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 Xocalı sakini əsir, 150 nəfəri isə itkin düşdü. Bu qətliam yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
İnstitutun elmi katibi Hacıyeva Sevda Xocalı sakini kimi Xocalı faciəsinin dəhşətli fəsadlarından danışaraq, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi insanlığa qarşı baş vermiş ən dəhşətli faciələrdən olduğunu bildirdi. Daha sonra institutun əməkdaşları, Bəhlul Abbasov, Məzahir Rzayev, Mehriban Zeynalzadə, Rəhminə Zamanova, gənc əməkdaşlardan Rəhilə İslamzadə, Əsmər Həsənova faciənin baş verdiyi zamanların heç vaxt yaddan cıxmayan ağrı acılardan, əliyalın, günahsız insanların qətlə yetirilməsindən söz acdılar, şerlər söylədilər. Sonda Xocalı faciəsi haqqında videoçarx izlənildi.

 


Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Xocalı soyqırımının 26-cı il dönümü ilə bağlı anım tədbiri keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Xocalı soyqırımının 26-cı il dönümü ilə bağlı anım tədbiri keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Xocalı soyqırımının 26-cı il dönümü ilə bağlı anım tədbiri keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Xocalı soyqırımının 26-cı il dönümü ilə bağlı anım tədbiri keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Xocalı soyqırımının 26-cı il dönümü ilə bağlı anım tədbiri keçirildi