Əkinçilik ET institutunun əməkdaşı torpaqların konsolidasiyası ilə bağlı keçirilən seminarda iştirak etmişdir

27.02.2018 tarixində Bakıda Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) torpaqların konsolidasiyası ilə bağlı seminar keçirib. Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov seminarda istirak etmişdir. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün Strateji Yol Xəritəsi” ndə vurğulandığı kimi kənd təsərrüfatı sektorunun inkişafı ilə strateji hədəflərə nail olmaqda əsas məsələlərdən biri torpaqdan istifadənin səmərəliliyini artırmaqdır. M.Çakmakın sözlərinə görə, Azərbaycan hökumətinin sorğusu əsasında FAO “Azərbaycanda torpaq konsolidasiya alətinin tətbiqinə dəstək” layihəsini təsdiqləyib və həyata keçirir. Torpaqların konsolidasiyası kənd təsərrüfatı sahəsində regionların inkişafına böyük təkan verir. Bu istiqamətdə işlər görülür, pilot layihə olaraq Salyan rayonunun Şorsulu kəndi seçilib və fermerlər ilə danışıqlar aparılıb. Daha sonra beynəlxalq və yerli ekspertlər konsolidasiya ilə bağlı təqdimatla çıxış ediblər.Təqdimat zamanı FAO-nun torpaq üzrə məsuliyyətli əməkdaşı Morten Hartvigsen layihənin əsas hədəflərindən danışıb. “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsinin milli ekspertlər qrupunun rəhbəri Amin İsmayılov təqdimatla çıxış edərək pilot layihə barədə məlumat verib.“Pilot layihənin əsas məqsədi torpaqların daha səmərəli istifadəsi və torpaq sahələrinin genişləndirilməsi yolu ilə yerli kənd təsərrüfatının inkişafına yardım etməkdir. Seminarda Türkiyədən gəlmiş nümayəndə heyəti də iştirak edib.

 


Əkinçilik ET institutunun əməkdaşı torpaqların konsolidasiyası ilə bağlı keçirilən seminarda iştirak etmişdir Əkinçilik ET institutunun əməkdaşı torpaqların konsolidasiyası ilə bağlı keçirilən seminarda iştirak etmişdir