Dünya Bankının mütəxəssisləri ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi

Cari ilin 27 fevral tarixində Dünya Bankının mütəxəssisi, Tropiklərdə Kənd Təsərrüfatı Tədqiqatlarının Beynəlxalq Mərkəzinin (ICTA) iqtisadçısı cənab Sekou Amadou Traore institutda səfərdə oldu. Görüşün məqsədi Dünya Bankında hazırlanması nəzərdə tutulan “Azərbaycanda kənd təsərrüfatında risklərin qiymətləndirilməsi” layihəsi çərçivəsində ekspertlərlə görüşməsi və buğda istehsalı üzrə mövcud praktikanın və texnologiyaların qlobal iqlim dəyişmələri fonunda qiymətləndirilməsi idi. Görüşdə institutun direktoru Cavanşir Təlai qonaqlara institutun mandatına daxil olan bitkilər, tədqiqat prioritetləri, qarşıda duran vəzifələr, qlobal iqlim dəyişmələri ilə bağlı institutda aparılan tədqiqat işləri və sair haqqında ətraflı məlumat verdi. Görüşdə Qlobal İqlim Dəyişmələri ilə bağlı tətbiq ediləcək sort və texnologiyaların hansı dəyişikliklərin baş verməsinə gətirib çıxaracağı, bu texnologiyaların tətbiq edilməsində hansı maneələrin olması, qabaqlayıcı tədbirlərin görülməsi və digər bu səpkidə olan məsələlər ətraflı müzakirə edildi.


Dünya Bankının mütəxəssisləri ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi Dünya Bankının mütəxəssisləri ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi Dünya Bankının mütəxəssisləri ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi Dünya Bankının mütəxəssisləri ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi Dünya Bankının mütəxəssisləri ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi Dünya Bankının mütəxəssisləri ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi Dünya Bankının mütəxəssisləri ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi Dünya Bankının mütəxəssisləri ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi