Əkinçilik ET İnstitutunda elmlər doktorlarının hesabatlarının müzakirəsi keçirildi

28.02.2018-cı il tarixində Əkinçilik ET institutunun direktoru Cavanşir Təlainin sədrliyi ilə kecirilən Elmi Surada elmlər doktorlarının 2017-ci ilə dair hesabatları dinlənildi. C.Təlai cıxış edərək günün tələblərinə toxundu və aktual məsələlərdən bəhs etdi. Sonra o “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin aparıcı elmi işçisi Rüfət Sədrəddin oğlu Mirzəyevi 60 illik yubileyi münasibəti ilə Əkinçilik ET İnstitutunun kollektivi adından səmimi qəlbdən təbrik etdi. Ərzaq paxlalı bitkilərinin seleksiya və fiziologiyası sahələrində göstərdiyi uzunmüddətli elmi fəaliyyətlərə görə Fəxri fərmanla təltif edildi və mükafatlandırıldı. Şikar Əhmədov, Rüfət Mirzəyev, Sevda Hacıyeva, Seyfulla Hüseynov illik hesabatla cıxış etdilər. Hesabatlara aid səsləndirilən suallar ətraflı şəkildə cavablandırıldı. Yekunda C.Təlai gündəliyə aid olan problemlər, qarşıda duran vəzifələrdən danışdı. Tarla təcrübələrinin gedişatı ərəfəsində elmi işcilərin ehtiyacı ilə maraqlanaraq, onların aradan qaldırılmasına calışacağını bildirdi. 

 


Əkinçilik ET İnstitutunda elmlər doktorlarının hesabatlarının müzakirəsi keçirildi Əkinçilik ET İnstitutunda elmlər doktorlarının hesabatlarının müzakirəsi keçirildi Əkinçilik ET İnstitutunda elmlər doktorlarının hesabatlarının müzakirəsi keçirildi Əkinçilik ET İnstitutunda elmlər doktorlarının hesabatlarının müzakirəsi keçirildi Əkinçilik ET İnstitutunda elmlər doktorlarının hesabatlarının müzakirəsi keçirildi Əkinçilik ET İnstitutunda elmlər doktorlarının hesabatlarının müzakirəsi keçirildi