Əkinçilik ET İnstitutunda 8 Mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirildi

07.03.18 tarixində Əkinçilik ET İnstitutunda 8 Mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru Cavanşir Təlai 8 Mart Beynəlxalq qadınlar gününün tarixi, qadın hüquq və azadlıqları, ölkənin bu sahədə tutduğu siyasi mövqeyi və həyata keçirdiyi dövlət proqramları, qadınların ölkənin ictimai-siyasi həyatında və gələcək nəslin tərbiyəsində misilsiz rolu haqqında ətraflı və dolğun məlumat verdi. O, institutda çalışan əməkdaşların əksəriyyətinin qadınlar olduğunu bildirdi, onları 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik etdi və onlara müstəqil Azərbaycanımızın inkişafı və çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzuladı. C.Təlai Əkinçilik ET Institutunun elmi və ictimai həyatındakı aktiv fəaliyyətinə, elmi tədqiqat işlərində əldə etdiyi uğurlara, gənc kadrların hazırlanmasındakı aktiv fəaliyyətinə, institutunun ətraf ərazisində abadlıq işlərinin həyata keçirilməsində fəal iştirakına görə bir qrup qadın əməkdaşları Fəxri fərmanla təltif etdi. İnstitutun digər əməkdaşları təbriklərə qosularaq qadınlara xoş arzularını bildirdilər. Sonra tədbir Əkinçilik ET İnstitutu qadınlarının şərəfinə açılmış bayram süfrəsi və bədii hissə ilə davam etdi. Tədbirdə çıxış edən qadınlar və bütün kollektiv bayram şənliyinin təşkilinə, göstərdiyi diqqət və qayğıya görə institutun rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.


Əkinçilik ET İnstitutunda 8 Mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirildi Əkinçilik ET İnstitutunda 8 Mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirildi Əkinçilik ET İnstitutunda 8 Mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirildi Əkinçilik ET İnstitutunda 8 Mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirildi Əkinçilik ET İnstitutunda 8 Mart Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirildi