Əkinçilik ET İnstitutunda İxtisaslaşmış Problem Şurasının növbəti iclası keçirildi

Cari ilin 07 mart tarixində Əkinçilik ET İnstitutunda İxtisaslaşmış Problem Şurasının sədri,AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, aqrar elmləri üzrə elmlər doktoru Zeynal Əkpərovun sədrliyi ilə keçən iclasda həmsədr, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, iqtisad elmləri doktoru Rəsul Balayev, baş elmi katib Laləzar Sadıxova, şuranın üzvləri, Əkincilik ET İnstitunun direktoru Cavanşir Təlai və KTN-nin struktur tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrin əməkdaşları iştirak edirdilər. Problem Şurasının iclasında “Ümumi əkinçilik”, “Seleksiya və toxumçuluq”, “Bitkiçilik” və digər müvafiq ixtisaslar üzrə doktorant və dissertantların dissertasiya mövzuları müzakirə edildi, rəy və təkliflər dinlənildi və aparılacaq tədqiqat işlərinin məqsəd və vəzifələrinə uyğun olaraq müəyyən dəyişikliklər edildi və təsdiqləndi. İclas konstruktiv müzakirələrlə başa çatdı.


Əkinçilik ET İnstitutunda İxtisaslaşmış Problem Şurasının növbəti iclası keçirildi Əkinçilik ET İnstitutunda İxtisaslaşmış Problem Şurasının növbəti iclası keçirildi Əkinçilik ET İnstitutunda İxtisaslaşmış Problem Şurasının növbəti iclası keçirildi Əkinçilik ET İnstitutunda İxtisaslaşmış Problem Şurasının növbəti iclası keçirildi