09.03.18 tarixində Əkinçilik ET İnstitutunda ənənəvi tədbirlər sırasına daxil olan növbəti elmi seminar keçirildi. İnstitutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov elmi seminarı açıq elan edərək, onun əhəmiyyətindən bəhs etdi. Sonra o, çıxış üçün sözü "Otlaq və biçənəklər şöbəsi"nin əməkdaşı Mehriban Zeynalzadəyə verdi. O, “Qədim Azərbaycan tarixi” mövzusunda məruzə ilə çıxış etdi. Mövzu ilə əlaqədar olaraq, seminar iştirakçıları suallarla M. Zeynalzadəyə müraciət etdilər. Suallar və cavablar ətrafında maraqlı müzakirələr aparıldı. Seminar müvəffəqiyyətlə başa çatdı.