Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının büro iclası keçirildi

09.03.2018 tarixində Faiq Xudayevin sədrliyi ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının büro iclası keçirildi. Tədbirdə KTN-nin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin gənc əməkdaşları ilə Gilan Kənd Təsərrüfatı qrupunun nümayəndələri arasında tanışlıq aparıldı. Sonra 2018-ci il ücün Gənc Alim və Mütəxəssislər Şurasının tədbirlər planının, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Koordinasiya Şurasında gənclərin fəaliyyətinin gücləndirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan konfransın müzakirəsi aparıldı. Günün tələbinə aid digər məsələ və təkliflərə baxıldı. Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının büro iclasında Əkinçilik ET İnstitutunun gənc əməkdaşlarından Məmmədova Həlimə, İslamzadə Tarıvеrdi, İsmayılova Gülnar, Həsənova Leyla iştirak edirdilər.

 

 

 

 

 

 


Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının büro iclası keçirildi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının büro iclası keçirildi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının büro iclası keçirildi