Əkinçilik ET İnstitutunun əməkdaşı müşavirədə iştirak etdi

16.03.2018-ci tarixində Göyçay rayonunda müşavirə keçirildi. Müşavirədə Lənkəran, İsmayıllı, Kürdəmir və Ucar rayonlarının fermerləri, iri heyvandarlıq komplekslərinin nümayəndələri, ailə-kəndli təsərrüfatı sahibləri, istehsal və emal müəssisələrinin nümayindələri, kənd təsərrüfatı idarələrinin mütəxəssisləri, suni mayalandırma mütəxəssisləri, baytarlıq mütəxəssisləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Əkinçilik ET İnstitutunun əməkdaşı “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyasının” müdiri Sevil Güləş qızı Abbasquliyeva “Yem istehsalında yeni texnologiyaların tətbiqi” mövzusunda təqdimatla çıxış etdi. Müşavirənin məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol xəritəsinin 2.2.1 bəndində nəzərdə tutulan ”İntensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının tətbiqi” və digər məsələlərlə əlaqədar olaraq respublikanın rayonlarında bir sıra tədbirlərin həyata keçirilməsi idi.

 


Əkinçilik ET İnstitutunun əməkdaşı müşavirədə iştirak etdi