Əkinçilik ET İnstitutunda “Novruz” bayramı qeyd edildi

19.03.2018-cı il tarixində Əkinçilik ET İnstitutunda Azərbaycan xalqının milli bayramı olan "Novruz" qeyd edildi. İnstitutun əməkdaşları bayram əhval-ruhiyyəsi ilə həyətdə qalanmış Novruz tonqalının ətrafında toplanaraq, adəti üzrə tonqalın üstündən atlandılar. Bayram şənliyi milli adət ənənələrimizə uygun şəkildə hazırlanmış Novruz süfrəsi ətrafında davam etdi. Kollektivin böyük həvəslə hazırladığı bayram tədbiri yüksək əhval-ruhiyyə yaratdı. İnstitutun direktoru Cavanşir Təlai bayram şənliyində nitq söylədi, əməkdaşları bayram münasibəti ilə təbrik edib, onlara can sağlığı, əminamanlıq, gələcək işlərində yeni-yeni nailiyyətlər arzuladı. İnstitut əməkdaşları bir-birinə xoş arzu və istəklərini bildirdilər. Bahar qız, Kosa və Kecəlin iştirakı ilə müxtəlif musiqi nömrələri, səhnəciklər bir-birini əvəz etdi. Şənlik istedadlı gənclərin və əməklaşların birgə hazırladığı əyləncəli proqram əsasında davam etdi.

 


Əkinçilik ET İnstitutunda “Novruz” bayramı qeyd edildi Əkinçilik ET İnstitutunda “Novruz” bayramı qeyd edildi Əkinçilik ET İnstitutunda “Novruz” bayramı qeyd edildi Əkinçilik ET İnstitutunda “Novruz” bayramı qeyd edildi