Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

28.03.2018 tarixdə Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. Institutun direktoru Cavanşir Təlai iclası giriş sözü ilə acdıqdan sonra, dünyasını dəyişən, “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçı, b.ü.f.d. Əliyev Elxan Böyükağa oğlunin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. E.Əliyev 40 illik elmi fəaliyyəti dövrundə bir cox nailiyyətlər əldə etmiş, 102 elmi əsərin müəllifi olmuşdur. Sonra Cavanşir Təlai cari məsələlərə toxundu.Tarla təcrübələrində yaz tarla işlərinin aparılması, İnstitutun mandatına daxil olan bitkilərin seleksiyası, toxumçuluğu və becərmə texnologiyaları, həmçinin regionlarda fermerlər üçün keçiriləcək təlimlərlə bağlı, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə birgə təşkilatçılıqda RAE və İMM-lərdə müxtəlif mövzularda keçiriləcək elmi-praktiki seminarlarda iştirak, Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərində qoyulmuş nümayiş əkinlərlə bağlı, institutun mandatına daxil olan bitkilərin becərilməsi, illik fəaliyyət təqviminin nəşri və s. kimi məsələlərın müzakirəsi aparıldı, problemlərdən və onların həlli yollarından, görüləcək işlərdən bəhs edildi. Elmi Şura öz işini müvəffəqiyyətlə başa vurdu.

 


Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi Əkinçilik ET İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi