Şəkidə payızlıq taxıl əkinlərində yaz-tarla işlərinin elmi əsaslarla aparılmasına həsr edilmiş elmi-praktiki seminar keçirildi

Cari ilin 30 mart tarixində Şəki rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Şəki Regional  Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə birgə təşkilatçılıqda “Payızlıq taxıl əkinlərinin qiymətləndirilməsi və müvafiq kompleks yaz tarla işlərinin elmi əsaslarla aparılması” mövzusunda elmi-praktiki seminar keçirilmişdir. Seminarda giriş sözü ilə çıxış edən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev seminar iştirakçılarını salamlayaraq “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” ndə taxılçılığın inkişaf etdirilməsi ilə əlaqədar qoyulmuş məsələlərin icrasının, k/t məhsul istehsalçıları ilə elmi-tədqiqat institutları arasında birgə əməkdaşlığın əhəmiyyəti haqqında qeyd etdi. Çıxış edən Şəki Rayon Kənd Təsərrüfatı İdarəsinin rəis müavini Nurəddin İbrahimov rayonda taxılçılığın prioritet sahə olduğunu, taxıl əkini sahələrinin mövcud vəziyyəti, məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verdi. Daha sonra  KT Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin İnformasiya-məsləhət xidməti və "Aqrar sektora texniki dəstək" şöbəsinin İnformasiya-məsləhət xidməti sektorunun müdiri İlyas Qasımov “İnformasiya-məsləhət xidməti sahəsində beynəlxalq təcrübənin tətbiqi” mövzusunda çıxış etmişdir. Tədbirdə çıxış edən Şəki Rayon Bitki Mühafizəsi İdarəsinin rəisi Tələt Mehdiyev, Şəki RAEİM-nin direktoru Elxan İlyasov, Əkinçilik ET İnstitutunun Şəki Dayaq Məntəqəsinin direktoru Məclum Şükürov aqrar sahənin ölkədə dinamik inkişafı, rayonda hazırkı dövrə taxıl əkinlərində aparılan aqrotexniki qulluq işləri, mövcud fitosanitar vəziyyət haqqında, bu tip tədbirlərin keçirilməsinin zəruriliyini qeyd etdilər. Əkinçilik  ET İnstitutunun direktoru  Cavanşir Təlai fermerlərin maarifləndirilməsi məqsədilə “Yeni taxıl sortlarının dəmyə şəraitində potensial məhsuldarlığı və ona təsir  edən amillər, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyasının müdiri Namilə ƏzizovaBugda əkinlərində müşahidə olunan zərərli orqanizmlər və onlara qarşı kompleks fitosanitar tədbirlər”i mövzularında təqdimatla çıxış etdilər. Burada onlar fermerlərə səmərəli gübrə norma və nisbətlərinin buğdanın dən məhsuldarlığına və keyfiyyətinə təsiri, keyfiyyəti şərtləndirən amillər və qoyulan tələblər, alaqlara və xəstəliklərə qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verdilər. Seminar iştirakçılarının sualları müvafiq qaydada cavablandırılmışdır. Seminar öz işini sahə nümayişi ilə davam etdirmiş və iştirakçılara nümayiş  əkinlərində olan sortlar haqqında ətraflı məlumat verilmiş, onları  maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

 

 


Şəkidə payızlıq taxıl əkinlərində yaz-tarla  işlərinin elmi əsaslarla aparılmasına həsr edilmiş  elmi-praktiki seminar keçirildi Şəkidə payızlıq taxıl əkinlərində yaz-tarla  işlərinin elmi əsaslarla aparılmasına həsr edilmiş  elmi-praktiki seminar keçirildi Şəkidə payızlıq taxıl əkinlərində yaz-tarla  işlərinin elmi əsaslarla aparılmasına həsr edilmiş  elmi-praktiki seminar keçirildi Şəkidə payızlıq taxıl əkinlərində yaz-tarla  işlərinin elmi əsaslarla aparılmasına həsr edilmiş  elmi-praktiki seminar keçirildi Şəkidə payızlıq taxıl əkinlərində yaz-tarla  işlərinin elmi əsaslarla aparılmasına həsr edilmiş  elmi-praktiki seminar keçirildi