Qəbələdə “Bitkiçilikdə məhsuldarlığın artırılmasına gedən yol” mövzusunda seminar keçirildi

Cari ilin 02 aprel tarixində Qəbələdə “Aqro Kompleks Qəbələ”  MMC-nin və Rusiyanın “Avropa Xim Treydinq Rus” MMC şirkətinin birgə təşkilatçılığı ilə seminar keçirildi. Seminarın əsas məqsədi “Avropa Xim Treydinq Rus” MMC şirkətinin istehsal etdiyi, təsiredici maddəsi 32% olan “Karbamid Ammonyak Qarışığı” olan yeni innovativ gübrənin taxıl sahələrində tətbiqedilmə üstünlükləri və onun sahələrə verilmə qaydaları haqqında bilgilərin verilməsi idi. Seminarda Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, bölgənin Rayon Bitki Mühafizəsi İdarələrinin, bitkiçilik şöbəsinin, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri və fermerlər iştirak edirdilər. Seminarı giriş sözü ilə açan Azərbaycan Respublikası KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Kənd Təsərrüfatı Nazirliyinin xəttilə regionlarda aqrokimyəvi laboratoriyaların tikilməsi sahəsində aparılan məqsədyönlü işlər, bitkiçilikdə gübrələrin tətbiqində torpaq analizlərinin aparılmasının əhəmiyyətindən, bu sahədə kadr hazırlığından, KAC-32 maye gübrəsinin üstünlüklərindən və sairə haqqında ətraflı toxundu. Qəbələ Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahib Əhmədov keçən təsərrüfat ilində rayonda taxılçılıqda əldə edilmiş təsərrüfat göstəricilərini, rayonda bitkiçilik məhsullarının istehsalı, əkin sahələri, fermerlərin yemçilik sahəsinin inkişaf etdirilməsində daha çox yem noxudunun əkininə daha çox üstünlük vermələri, artıq rayonda qarabaşaq bitkisinin əkininə başlandığını qeyd etdi. Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai öz çıxışında seminar iştirakçılarına taxılçılığın ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından əsas strateji sahə olaraq əhəmiyyətindən, taxılçılıqda məhsuldarlığın və onun dən keyfiyyətinin artırılmasında gübrələrin tətbiqinin əhəmiyyətindən, həmçinin Əkinçilik ET İnstitutu ilə “Avropa Xim Treydinq Rus” MMC şirkəti arasında əməkdaşlıq müqaviləsinin bağlanması haqqında ətraflı məlumat verdi. Gilan Holdinq “Aqro Kompleks Qəbələ”  MMC-nin fəaliyyətinə toxunan kompleksin direktoru Oqtay Nağıyev öz çıxışında taxılçılıq, yem istiqamətində aparılan əkinlərin göstəriciləri, KAC-32 gübrəsinin respublikada tətbiqi ilə bağlı “Avropa Xim Treydinq Rus” MMC şirkəti ilə əməkdaşlıq haqqında ətraflı toxundu. “Avropa Xim Treydinq Rus” MMC şirkətinin aqronomu Anton Andreyev təmsil olunduğu şirkətin fəliyyəti, “KAC-32” gübrəsinin tərkibi,  üstünlükləri, işçi məhlulun hazırlanması və tətbiqedilmə şəraiti, müddəti və üsulları, iqtisadi səmərəsi haqqında təqdimatla çıxış etdi. Tədbirin proqramına uyğun olaraq “Aqro Kompleks Qəbələ”  MMC-nin buğda əkini sahələrində “KAC-32” maye gübrəsinin tətbiq edilməsi əyani şəkildə seminar iştirakçılarına nümayiş etdirildi və onları maraqlandırılan suallar ətrafında müzakrələr aparıldı.

 

                


Qəbələdə “Bitkiçilikdə məhsuldarlığın artırılmasına gedən yol” mövzusunda seminar keçirildi  Qəbələdə “Bitkiçilikdə məhsuldarlığın artırılmasına gedən yol” mövzusunda seminar keçirildi  Qəbələdə “Bitkiçilikdə məhsuldarlığın artırılmasına gedən yol” mövzusunda seminar keçirildi  Qəbələdə “Bitkiçilikdə məhsuldarlığın artırılmasına gedən yol” mövzusunda seminar keçirildi  Qəbələdə “Bitkiçilikdə məhsuldarlığın artırılmasına gedən yol” mövzusunda seminar keçirildi  Qəbələdə “Bitkiçilikdə məhsuldarlığın artırılmasına gedən yol” mövzusunda seminar keçirildi