Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Əliyev Elxan Böyükağa oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi

05.04.2018 tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru  Əliyev Elxan Böyükağa oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Əliyev Elxan 27 mart tarixində, ömrünün 65-ci ilində dünyasını dəyişmişdir. Anım tədbirində institutun direktoru Cavanşir Təlai, mərhumun ailə üzvləri və institutun kollektivi iştirak edirdilər. Alimin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Cavanşir Təlai onun kecdiyi yoldan, elmi fəaliyyətindən, əldə etdiyi nailiyyərlərdən bəhs etdi. Kollektivin üzvləri mərhumla bağlı xoş xatirələrini bölüşdülər. Alimin kecdiyi ömür yolunu əks etdirən videocarx nümayiş etdirildi. Əmək və elmi fəaliyyətinin 40 ildən artıq müddətini institutda işləyən E.B.Əliyev öz fədakar əməyi, həssas, qayğıkeş yoldaşlığı və prinsipial vətəndaşlıq mövqeyi ilə kollektivin hörmətini qazanmışdır. Tanınmış alim Elxan Böyükağa oğlu Əliyevin əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır. Allah rəhmət eləsin!


Əkinçilik Elmi-Tədqiqat İnstitutunda  Əliyev Elxan Böyükağa oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda  Əliyev Elxan Böyükağa oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda  Əliyev Elxan Böyükağa oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda  Əliyev Elxan Böyükağa oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda  Əliyev Elxan Böyükağa oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi