Xaçmaz rayonunda zona müşavirəsi keçirildi

19.04.2018 tarixində Əkinçilik ET İnstitutunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyası”nın müdiri S.Abbasquliyeva Xaçmaz rayonunda keçirilən zona müşavirəsində “Yem istehsalında yeni texnologiyaların tətbiqi” mövzusunda təqdimatla çıxış etdi. O, çıxışında yemlərin təsnifatı, yem istehsalı, yemlərin tədarükü ilə bağlı məsələlərdən bəhs etdi. Mövzu əsasında müəyyən suallar cavablandırıldı. Müşavirədə fermerlər, iri heyvandarlıq komplekslərinin nümayəndələri, ailə-kəndli təsərrüfat sahibləri, istehsal və emal müəssisələrinin, kənd təsərrüfatı idarələrinin nümayəndələri, süni mayalandırma və baytarlıq mütəxəssisləri iştirak edirdilər. Zona müşavirəsi işini müvəffəqiyyətlə başa vurdu.


Xaçmaz rayonunda  zona  müşavirəsi keçirildi Xaçmaz rayonunda  zona  müşavirəsi keçirildi