Əkinçilik ET İnstitutunun əməkdaşı BMT-nin FAO təşkilatı tərəfindən kecirilən tədbirdə iştirak etdi

17-20.04.2018 tarixlərində ƏkinçilikET İnstitutunun əməkdaşı İslamzadə Tarıverdiv, İslamzadə Rəhilə BMT-nin FAO təşkilatı tərəfindən GCP/AZE/006/TUR “Azərbaycanda orqanik kəndtəsərrüfatı və institusional potensialın inkişafı” layihəsi çərçivəsində “Beynəlxalq orqanik standartlar əsasında müfəttişlərin təlimi” mövzusunda kecirilən tədbirdə iştirak etdi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Rəfail Mahmudov tədbiri giriş sözü ilə açaraq Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafının vacibliyinə toxundu və təlim iştirakçılarına uğurlar arzuladı. Sonra cıxış etmək üçün söz Türkiyə FAO-nun orqanik kənd tərəssürafı üzrə mütəxəssiləri olan professor Uyğun Aksoya verildi. Təlimdə GABA, BakıAgro MMC, Toxum Mərkəzi, Bakı Mühəndislər Unversiteti, Azərbaycan Standartlaşdırma İnstitutu, AMEA-nın Ekoloji Kənd Təsərrüfatı üzrə Regional təcrübə və Resurs mərkəzi, Alma Consultingand İnvestment MMC, Azərsun Holding kimi dövlət və özəl sektorların əməkdaşları iştirak edirdilər. İştirakçılar təlim əsasında öyrəndikləri təcrübəni Tərəvəzçilik Elmi Tədqiqatİnstitutu və Abşeron Subtropik Bitkilər təcrübə stansiyasında sınaqdan keçirmiş və müsbət nəticə əldə etmişlər.Tədbir işini uğurla yekunlaşdırdı və iştirakçılara beynalxalq sertifikatlar təqdim olundu.

 


Əkinçilik ET İnstitutunun əməkdaşı BMT-nin FAO təşkilatı tərəfindən kecirilən tədbirdə iştirak etdi Əkinçilik ET İnstitutunun əməkdaşı BMT-nin FAO təşkilatı tərəfindən kecirilən tədbirdə iştirak etdi Əkinçilik ET İnstitutunun əməkdaşı BMT-nin FAO təşkilatı tərəfindən kecirilən tədbirdə iştirak etdi Əkinçilik ET İnstitutunun əməkdaşı BMT-nin FAO təşkilatı tərəfindən kecirilən tədbirdə iştirak etdi Əkinçilik ET İnstitutunun əməkdaşı BMT-nin FAO təşkilatı tərəfindən kecirilən tədbirdə iştirak etdi