İnstitutunun əməkdaşı buğda bitkisinin seleksiyası və xəstəlikləri üzrə Türkiyədə keçirilən beynəlxalq təlim kursunda iştirak etdi

26 mart - 21 aprel 2018-ci il tarixlərində Türkiyədə FAO və CİMMYT xətti ilə Buğda bitkisinin seleksiyası və xəstəlikləri üzrə Mərkəzi Asiyadan olan gənc alimlər üçün təlim kursu keçirildi. Təlim kursunda Əkinçilik Elmi Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası”nın kiçik elmi işçisi İsmayılova Gülnar Zakir qızı, Qazaxıstan və Tacikistandan olan nümayəndələr iştirak edirdilər. Türkiyənin Ankara şəhərində Alexey Morgunovun və Hafiz Muminjanovun başçılığı ilə “IWWIP-in təqdimatı”, “FAO-un təqdimatı” və “Payızlıq buğdanın seleksiyasının ümumi metodikası” mövzusunda təqdimatlar numayiş olundu. İştirakçıları Haymana Stansiyasında pas xəstəlikləri, eləcə də quraqlıqla bağlı aparılan təcrübələrlə, eyni zamanda “Biyoteknoloji Araştırma Merkezi” və “Türkiyə Tohum Gen Bankası”ında olub, onların fəaliyyəti ilə tanış oldular. 29-30 Mart tarixində Türkiyənin Konya şəhərində ”Bahri Dağdaş Uluslararası Tarımsal Araştırma Enstitüsü” ndə bərk və yumşaq buğda, tritikalenin becərilməsi, dənin keyfiyyətinin qiymətləndirilməsi, quraqlıq qiymətləndirilməsinin həyata keçirilməsi ilə və IWWIP-in tarlasında aparılan işlərlə tanışlıq keçirildi. İştirakçılar Sakaryada “Sakarya Mısır Araştırma İnstitusü” na səfər edərək onların həyata keçirdiyi işlərlə bağlı təqdimat dinlədi, müzakirələr həyata keçirdi, həmçinin tarlada aparılan işlərlə tanış oldular. Eskişəhərdə “Geçit Kuşağı Tarımsal Araştırma Enstitüsü”ndə bərk və yumşaq buğdanın becərilməsi, İnstitutun yaranma tarixi, fəaliyyət istiqamətləri ilə bağlı təqdimatlar reallaşdı, Fiziologiya və Dənin Keyfiyyəti laboratoriyalarında görülən işlərlə həmçinin, Fussarium xəstəliyini, eləcə də nemotodları öyrənmək üçün inokulyasiyanın həyata keçirilməsi qaydaları ilə tanışlıq oldu və Gül Erginbasın başçılığı ilə təcrübə həyata keçirildi. İştirakçılar ”Ege Tarımsal Araştırma Enstitüsü”ndə təlim müddətində İnstitutun gördüyü işlər, apardığı seleksiya proqramı, qarşıya qoyulan məqsəd, seleksiyanın nəsillər üzrə aparılma metodikaları (Modifikasiya olunmuş Balk metodu) ilə baglı Beyhan Akın və Rza Unsaldan dərs aldılar. İnstitutun apardığı araşdırmalar zamanı əldə edilən təmiz xətlərdə (F5-F6-cı nəsillərdə) buğda bitkisi üzərində unlu şeh xəstəliyinə qarşı davamlı olan və məhsuldar və ya dəninin keyfiyyəti yüksək olan genotipləri seçib onların hibridləşməsi həyata keçirildi. Eləcə də pas xəstəliyi, buğda bitkisində pas xəstəliyinə qarşı qiymətləndirilmənin həyata keçirilməsi, bitkilərin pas xəstəliyi ilə süni sirayətləndirilməsinin həyata keçirilməsi ilə bağlı Beyhan Akın, Rza Unsal, Mahaahmad və b. dərs alaraq təcrübələr etdilər. İştirakçılar CİMMYT və İCARDA-nın tarlalarında sarı və qonur pasla bağlı fitopotoloji qiymətləndirməni mütəxəssislərin iştirakı ilə həyata keçirdilər.


İnstitutunun əməkdaşı buğda bitkisinin seleksiyası və xəstəlikləri üzrə Türkiyədə keçirilən beynəlxalq təlim kursunda iştirak etdi İnstitutunun əməkdaşı buğda bitkisinin seleksiyası və xəstəlikləri üzrə Türkiyədə keçirilən beynəlxalq təlim kursunda iştirak etdi İnstitutunun əməkdaşı buğda bitkisinin seleksiyası və xəstəlikləri üzrə Türkiyədə keçirilən beynəlxalq təlim kursunda iştirak etdi İnstitutunun əməkdaşı buğda bitkisinin seleksiyası və xəstəlikləri üzrə Türkiyədə keçirilən beynəlxalq təlim kursunda iştirak etdi