Azərbaycan və Türkiyə arasında toxumçuluq üzrə keçirilən forum iştirakcıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda oldular

08.05.2018 tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai başda olmaqla institutun kollektivi Azərbaycan və Türkiyə arasında toxumçuluq üzrə keçirilən forum iştirakçılarını səmimiyyətlə qarşıladı.Tədbir Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Toxum Sənayeçiləri və İstehsalçıları Alt Birliyi (TSÜAB) tərəfindən Türkiyə Respublikası İqtisadiyyat Nazirliyinin "Beynəlxalq Rəqabətliliyin İnkişafının Dəstəklənməsi haqqında Təşviqat" (UR-GE) proqramı olan “İç Anadolu Bölgəsinin Toxumçuluq Sektorunun İnkişaf Etdirilməsi Layihəsi” çərçivəsində həyata keçirilirdi. Məqsəd toxumçuluğun daha da inkişaf etdirilməsi, fermerlərin daxili imkanlar hesabına təmin olunmasıdır. Tədbirdə Türkiyənin Daxili Anadolu Bölgəsindən gələn 40 şirkət nümayəndələri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Əhmədov Möhtəsim, rəis müavini Novruzlu Qərib və digər mütəxəssislər iştirak edirdilər. İnstitutun direktoru Cavanşir Təlai Türkiyədən olan nümayəndə  heyətinə Əkincilik ET İnstitutu haqqında ətraflı məlumat verdi. Qonaqlar İnstitutun tarixini əks etdirən muzeydə, Gen bankda, laboratoriyalarda oldular, elmi tədqiqat işləri barəsində müxtəlif informasiyalar əldə etdilər. İnstitutunun direktoru Cavanşir Təlai təşkil olunan toplantını acıq elan etdi. Azərbaycan və Türkiyə arasında Toxumçuluq Formunun iştirakçılarını səmimi salamlayaraq Toxumçuluq sektorunun inkişafının Respublikada böyük əhəmiyyət kəsb etdiyini, Azərbaycan üçün mühüm və prioritet sahə olduğunu, Türkiyə təcrübəsinin vacibliyinidiqqətə çatdırdı. O, Azərbaycanla Türkiyə arasında toxumçuluq sahəsində əməkdaşlığın daha da genişlənməsi işinə müvəffəqiyyətlər arzuldı. Tədbiri institutun istehsalat üzrə direktor müavini Atif Zamanov “Əkinçilik ET İnstitutunun toxumculuq fəaliyyəti” haqqında məruzəsi ilə davam etdirdi. Kənd Təsəsrrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, Azərbaycanda toxumçuluq sektorunun mövcud vəziyyəti ilə bağlı bir cox sualları cavablandırdı. İştirakcılar ürək sözlərini bildirməklə yanaşı, onları maraqlandıran məsələlərə də aydınlıq gətirildi.Azərbaycan və Türkiyə arasinda toxumçuluq üzrə keçirilən forum iştirakcıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisinə, o cümlədən elmi-tədqiqat işləri əsasında aparılan tarla təcrübələrinə baxış kecirdilər. Onlar İnstitutdan xoş təəssürat və dərin hörmət hissi ilə ayrıldıqlarını bildirdilər. Tədbir müvəffəqiyyətlə başa çatdı.


Azərbaycan və Türkiyə arasında toxumçuluq üzrə keçirilən forum iştirakcıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda oldular Azərbaycan və Türkiyə arasında toxumçuluq üzrə keçirilən forum iştirakcıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda oldular Azərbaycan və Türkiyə arasında toxumçuluq üzrə keçirilən forum iştirakcıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda oldular Azərbaycan və Türkiyə arasında toxumçuluq üzrə keçirilən forum iştirakcıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda oldular Azərbaycan və Türkiyə arasında toxumçuluq üzrə keçirilən forum iştirakcıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda oldular Azərbaycan və Türkiyə arasında toxumçuluq üzrə keçirilən forum iştirakcıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda oldular Azərbaycan və Türkiyə arasında toxumçuluq üzrə keçirilən forum iştirakcıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda oldular