Əkinçilik ET İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında kecirilən seminarda iştirak etdi

15-18 may 2018 tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Dənin keyfiyyəti” laboratoriyasının aparıcı elmi işçisi, b.e.ü.f.d., dosent Məmmədova Sevinc Mehti qızı Çin Xalq Respublikası, Ninsa Nui Muxtar Vilayətinin Yinxuan şəhərində Muxtar Vilayətin Xarici İşlər İdarəsi və Çin K/T Elmləri kademiyasının Beynəlxalq K/T tədqiqatları Mərkəzi tərəfindən təşkil eidlmiş “CICA Yüksək texnologiyaların K/T-da istifadəsi və inklişaf” üzrə seminarda iştirak etdi.CICA - Asiyada  qarşılıqlı əməkdaşlıq və etibarın möhkəmləndirilməsi yolları üzrə forum olub,1993-cü ildən fəaliyyət göstərir.Seminarda CICA-ya üzv ölkələrdən - Əfqanıstan, Azərbaycan, Banqladeş, Kombociya, Misir, Hindistan, İraq,  İordaniya, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Koreya respublikası, Rusiya, Tayland, Vyetnam və Çin təmsil edilməklə 24 nəfər iştirak edirdi. Seminarda Çində K/T-nın inkişafının hazırki vəziyyəti və inkişaf strategiyası, Çin K/T-da elm və texnologiya üzrə yeniliklər, K/T-da 4R-qida idarə edilməsi - gübrələrdən istifadənin əsaslandırılması, K/T-da distant (məsafədən) ölçmələr və coğrafi-informatika texnologiyalarının tətbiqi, Çində K/T-nın iqlim dəyişiklikləri təsirinə davamlılığının artırılması yolları, yüksək (intensiv) texnologiyaların istehsalı və ümumilikdə K/T-da - həm bitkiçilik və həm də heyvandarlıqda geniş tətbiqi, istehsal prosesinin ənənəvi metodların saxlanması ilə genişləndirilməsi və ekoloji tarazlığın təmin edilməsi yolları, son illərdə Çində müasir, yüksək (intensiv) texnologiyaların tətbiqinin  bitkiçilik və heyvandarlığın inkişafındakı rolu, bu texnologiyaların tətbiqi ilə süd və yem istehsalının artırılması istiqamətində fəaliyyətlər barədə geniş məlumat verildi. Həmçinin Yinxuan səhərində K/T Yüksək Texnologiyalar Ekoloji Mərkəzi və heyvandarlıq kompleksinə səfər təşkil edildi. Seminarda əsas nəticə kimi ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qlobal iqlim dəyişikliyi şəraitində  xəstəlik və zərərvericilərə, həmçinin abiotik stress amillərinə davamlı yem bitkiləri və həmçinin heyvandarlıq məhsullarının istehsalında  ənənvi metodlar saxlanmaqla yüksək (intensiv) texnologiyaların tətbiqinin aktuallığı  xüsusi  olaraq vurğulandı. Seminarın gedişində iştirakçılara təqdim edilmiş sorğulara cavab əsasında  CICA-ya üzv olan ölkələrin nümayəndələrindən ibarət işçi qrupunun yaradılması məqsədi ilə Çin Xalq respublikası hökümətinə müraciət hazırlandı. Seminarın işində müvəffəqiyyətli iştiraka görə sertifikatlar təqdim edildi.


Əkinçilik ET İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında kecirilən seminarda iştirak etdi   Əkinçilik ET İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında kecirilən seminarda iştirak etdi