Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular

Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində görülən işlər üzrə tədbir planında məktəblilərin akademik Cəlal Əliyevin buğda sortları, elmi irsi, həyat və yaradıcılığını əks etdirən muzeylə və xatirə otağı ilə tanış olmaları üçün Əkinçilik ET İnstitutuna vaxtaşırı ekskursiyaların təşkil edilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 22.06.2018 tarixində keçirilən tədbirlər sırasında Sabuncu rayonunun, 188 saylı orta məktəbinin 6-cı, 7-ci, 8-ci və 10-cu sinif sagirdləri və məktəbin müəllimi b.ü.f.d. İradə İbrahimova akademik Cəlal Əlirza oğlu Əliyevin 90 illiyi ilə əlaqədar olaraq Əkincilik ET İnstitutunda oldular. İnstitutun direktoru Cavanşir Təlai məktəbliləri diqqət və qaygı ilə qarşılayaraq onları salamladı və instituta edilən bu səfərin şagirdlərin həyatında dərin iz buraxacağını və elmi dünya görüşlərinin formalaşmasında böyük rol oynayacağını bildirdi. C.Təlai qeyd etdi ki, görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev1928-ci il iyun ayının  30-da Naxçıvan şəhərində anadan olmuşdur və bu günlərdə onun 90 illiyi qeyd olunacaqdır. O, özünün geniş və dolğun cıxışında bildirdi ki, Cəlal Əliyev Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əsas yaradıcılarından biridir. Onun fəal elmi yaradıcılığı əsasən kənd təsərrüfatı bitkilərinin, xüsusən də müqəddəs nemətimiz olan buğdanın fotosintetik məhsuldarlığının nəzəri və təcrübi əsaslarının öyrənilməsinə həsr olunmuşdur. Daha sonra C.Təlai məktəblilərə Əkinçilik  ET İnstitutunun yaranma tarixi, Cəlal Əliyevin elmi fəaliyyəti haqqında məktəblilərə məlumat verdi və bir daha onların diqqətinə catdırdı ki, C. Əliyev Azərbaycan xalqının zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirən, aldığı dəyərli nəzəri-tətbiqi nəticələrlə dünya biologiya elminin xəzinəsinə öz töhvələrini verən, ölkəmizdə biologiya və aqrar elmlər sahəsinin görkəmli alimidir. O, bir daha qeyd etdi ki, Əkinçilik  ET İnstitutunun bu günə qədər əldə etdiyi elmi nailiyyətlər akademik Cəlal Əliyevin adı ilə bağlıdır. Həmçinin institutda fəaliyyət göstərən şöbə və laboratoriyalar, elmi tədqiqat işləri haqqında şagirdlərə məlumat verdi, onlarda kənd təsərrüfatına, aqrar sahəyə daha cox maraq oyatmaq istəyi ilə gələcəkdə onları bu sahədə calışan mütəxəssis kimi görmək arzusunda olduğunu bildirdi. Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının ölkənin davamlı inkişafı üçün çox vacib olduğu vurğuladı. Sonra Əkincilik ET İnstitutunun direktoru C.Təlainin rəhbərliyi ilə institut əməkdaşlarının birgə iştirakı ilə məktəblilər “Bitki seleksiyası”, “Bitki fiziologiyası və biotexnologiya” şöbələrinin tarla təcrübə sahələrinə baxış kecirdilər, burada söbə müdiri, biologiya üzrə elmlər doktoru Tofiq Allahverdiyev şagirdlərə institutun mandatına daxil olan bitkilər, əkilən sortlar və tədqiqatlar haqqında ətraflı məlumat verdi. Akademik Cəlal Əliyevin 90 iliyinə həsr olunmuş ekskursiyanın davamında şagirdlər Əkinçilik  Elmi-Tədqiqat İnstitutunun elmi fəaliyyətini özündə əks etdirən muzeydə oldular. Burada şagirdlər C.Əliyevin təcrübə prosesləri zamanı istifadə etdiyi laboratoriya cihazlarları ilə, onun respublikada və xarici ölkələrdə kecirlmiş sərgilərdə, konfranslarda iştirakını, xarici qonaqlarla görüşünü, Qusarcay Bölgə Təcrübə Stansiyasında laboratoriya iş şəraitini və s. əks etdirən fotoşəkillərlə, müəllifi olduğu buğda sortları ilə tanışlıq şagirdlərin marağına səbəb oldu. Məktəblilər “Dənin keyfiyyəti” laboratoriyasında gedən elmi-tədqiqat işlərinə də xüsusi diqqət göstərdilər. Onlar laboratoriya müdiri a.e.ü.e.d. Qətibə Həsənova tərəfindən laboratoriya avadanlıqları, iş prosesi, dənin keyfiyyəti və s. haqqında bilgilər əldə etdilər. Əkincilik ET İnstitutunun yaratdığı buğda sortlarından hazırlanmış cörəyin dadına baxdılar. Sonra məktəblilər C.Əliyevin iş otağında, uzun illər rəhbərlik etdiyi “Bitki fiziologiyası və biotexnologiya” şöbəsi və laboratoriyasında oldular. Burada Tofiq Allahverdiyev məktəbliləri sevinclə qarşılayaraq, onları laboratoriya avadanlıqları, cihazların iş prinsipləri ilə tanış etdi, burada aparılan elmi tədqiqat işlərindən danışdı. 188 saylı orta məktəbin müəllimi b.ü.f.d. İradə İbrahimova ekskursiya ücün yaradılan şəraitə görə institutun direktoru C.Təlaiyə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, aqrar sahə mütəxəssislərinin hazırlanmasnda şagirdlərin daha cox məlumatlandırılması ücün əlindən gələni əsirgəməyəcəkdir. 7-ci sinif şagirdlərindən Abbasova Zəhra, İsmayılova Anam, 8-ci sinif şagirdlərindən Ələsgərli Zəhra, Əliyeva Zəhra,10-cu sinif şagirdlərindən isə Rüstəmov İlahi, Əliyeva Nərmin, Əliyeva Sevinc,Tanrıverdiyeva Qiymət və başqaları akademik Cəlal Əliyevin 90 iliyinə həsr olunmuş ekskursiyadan kifayət qədər elmi informasiya əldə etdiklərini, bilik dairələrinin daha da genişləndiyini vurğulayaraq, institutun direktoru Cavanşir Təlaiyə və onun rəhbərlik etdiyi bütün kollektivə minnətdarlıqlarını bildirdilər. Məktəblilər elm ocağına ediləcək daha bir ekskursiya arzusu ilə Əkincilik ET İnstitutundan ayrıldılar.


Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular Sabunçu rayonunun 188 saylı məktəbin şagirdləri akademik Cəlal Əliyevin 90 illiyi ilə əlaqədar Əkincilik ET İnstitutunda ekskursiyada oldular