Bakı Dövlət Universitetinin “Biologiya" fakültəsinin tələbələri Əkinçilik ET İnstitutunda təcrübə keçdilər

Hər il respublikanın müxtəlif təhsil müəssisələrini təmsil edən tələbələr elmi və praktiki biliklərini artırmaq  məqsədilə Əkinçilik ET İnstitutunda olurlar. Bu dəfə Bakı Dövlət Universitetinin “Biologiya" fakültəsinin rus və azərbaycan bölməsinin IV kurs tələbələri 25 may 2018-ci il tarixində Əkinçilik ET İnstitutunda oldular. Dənin keyfiyyəti laboratoriyasının müdiri, a.e.ü.e.d. Qətibə Həsənova tələbələri institutun tarla təcrübə sahələrində buğda və arpa, eyni zamanda paxlalı bitkilərdən mərci və noxud sortlarını göstərərək, onların morfobioloji xüsusiyyətləri, bir-birindən fərqlənmələri və sortalma məqsədilə çarpazlaşdırma haqqında   məlumat verdikdən sonra, laboratoriyada aparılan  dənli və dənli-paxlalı bitkilərin dəninin fiziki-biokimyəvi və texnoloji  analizləri və müasir cihazlarla keyfiyyət analizləri və cihazların işləmə prinsipləri ilə tanış etdi və tələbələrin sualları ətraflı  cavablandırıldı.

 


Bakı Dövlət Universitetinin “Biologiya" fakültəsinin tələbələri Əkinçilik ET İnstitutunda təcrübə keçdilər Bakı Dövlət Universitetinin “Biologiya" fakültəsinin tələbələri Əkinçilik ET İnstitutunda təcrübə keçdilər Bakı Dövlət Universitetinin “Biologiya" fakültəsinin tələbələri Əkinçilik ET İnstitutunda təcrübə keçdilər Bakı Dövlət Universitetinin “Biologiya" fakültəsinin tələbələri Əkinçilik ET İnstitutunda təcrübə keçdilər