Əkinçilik ET İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş tədbir keçirildi

27.06.2018 tarixində Əkinçilik ET İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə  Kənd Təsərrüfatı Nazirinin müşaviri xanım Şəbnəm Məmmədova və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Vüqar Babayev və digər qonaqlar iştirak edirdilər. Onlar institutun tarixini əks etdirən muzeydə, Gen bankda, ”Dənin keyfiyyəti” laboratoriyasında oldular. Laboratoriya müdiri, b.e.d. Həsənova Qətibə tərəfindən institutun yetişdirdiyi buğda sortlarından hazırlanmış yüksək keyfiyyətli cörək növləri haqqında onlara ətraflı məlumat verdi. Əkinçilik ETİ-nin direktoru Cavanşir Təlai tədbiri giriş sözü ilə acaraq qonaqları salamladı və ölkənin ərzaq təhlükəsizliyinin elmi təminatı baxımından institutun qarşısında duran vəzifələrdən danışdı və onların həyata keçirilməsinin vacibliyini vurğuladı. Sonra o, Əkinçilik ET İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən dolğun təqdimatla cıxış etdi. Onun cıxışı institutun yaranma tarixini, strukturunu, fəaliyyət istiqamətlərini, tədqiqat prioritetlərini, məqsəd və vəzifələri, nailiyyətləri, elmi informasiya, kadr hazırlığı, beynəlxalq əlaqələr, institutun mandatına daxil olan bitkilər, rayonlaşmış və potentləşmiş bitki sortları, tətbiq işləri, innovativ texnologiyalar, toxumculuq fəaliyyəti, icra olunan layihələr, nəşrlər, keçirilən tədbirlər, mövcud problemlər, təkliflər, potensial gəlir gətirən sahələr və s. kimi  məsələləri əhatə etdi. C.Təlai bildirdi ki, hal-hazırda Əkinçilik ET İnstitutunun strukturuna 8 şöbə, 5 laboratoriya, 1 kafedra və ölkənin müxtəlif bölgələrində yerləşən 11 təcrübə bazaları, həmçinin Əkinçilik ET İnstitutunun nəzdində fəaliyyət göstərən Elmi Şuranın, kadr hazırlığı baxımından, “Bitkiçilik”, “Seleksiya və toxumçuluq” və “Ümumi Əkinçilik” ixtisasları əhatə edən aqrar elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Dissertasiya Şurası haqqında da məlumat verildi. Bildirildi ki, Əkinçilik ET İnstitutu birgə tədqiqatların aparılması, institutun mandatına daxil olan bitkilərin genetik materiallarının mübadiləsi, kadr hazırlığı, müştərək milli, regional və beynəlxalq tədbirlərin keçirilməsi sahələrində Beynəlxalq Seleksiya mərkəzləri olan SİMMİT və İKARDA və s. beynəlxalq təşkilatlarla elmi əməkdaşlıq edir. Kənd Təsərrüfatı Nazirinin müşaviri xanım Şəbnəm Məmmədova onu maraqlandıran suallarla C.Təlaiyə müraciət etdi. Ş.Məmmədova öz cıxışında C.Təlainin dolğun təqdimatından məmnun olduğunu bildirdi, prioritetlər və təkliflər məsələsinə toxundu. O, həmçinin qeyd etdi ki,  texniki-iqtisadi potensial müəyyənləşdirilməli, yeni təkliflər verilməlidir. Daha çevik infrastrukturun qurulmasının gözlənildiyini də vurğuladı. Bildirdi ki, aqrar sahədə uğurlar qazanmaq ücün gücümüzü səfərbər etməliyik. Ş. Məmmədova Əkincilik ET İnstitutunda elmi potensialın mövcudluğunu qeyd edərək, institutla əməkdaşlıq etmək arzusunda olduğunu qeyd etdi və elmi işcilərin bir sıra təkliflərini dinlədi. Sonra cıxış ücün söz Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Vüqar Babayevə verildi. O, qeyd etdi ki, Əkinçilik ET İnstitutunun adı Cəlal Əliyevlə bağlıdır, bu da şərəfli olduğu qədər məsuliyyətlidir. V. Babayev Əkinçilik ETİ haqqında öz müsbət fikirlərini bölüşdü və qarşıda duran vəzifələrdən bəhs edərək vurguladı ki, son hədəf fermerlər, istehsalçılar olmalıdır. SİMMİT-in dəstəyi ilə əldə olunan yeni texnologiyaları tətbiq etməklə fəaliyyətimizi kommersiyalaşdırmalı, birlikdə səylə calışmalıyıq.Tədbir sonda konstruktiv müzakirələrlə yekunlaşdı.


Əkinçilik ET İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş  tədbir keçirildi Əkinçilik ET İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş  tədbir keçirildi Əkinçilik ET İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş  tədbir keçirildi Əkinçilik ET İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş  tədbir keçirildi Əkinçilik ET İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş  tədbir keçirildi