Əkinçilik ET İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında kecirilən təlim seminarında iştirak etdi

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki seleksiyası” şöbəsinin elmi işçisi, doktorant Zöhrab Qəribov 1-21 iyun 2018 tarixində Çin Xalq Respublikasının Pekin, Şhenqzhou, Luohe, Tianjin şəhərlərində, Handan şəhərinin Kuzhou Vilayətində keçirilən “Kənd təsərrüfatı bitkilərinin toxumçuluğu və onun idarə olunması” mövzusunda keçirilən təlim seminarında iştirak etdi. Təlim seminar ÇXR-nin Azərbaycan Respublikasındakı Səfirliyi nəzdindəki İqtisadi Ticarət Müşavirliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, ÇXR-nin Kənd Təsərrüfatı Nazirliyi (Ministry of Agriculture and Rural Affairs, P. R. China), ÇXR-nin Milli Aqro-Texnoloji Yayım və Xidmət Mərkəzi (National Agro-Tech Extension and Service Center NATESC) təşkillatları arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində təşkil olunmuşdur. Tədbirdə Azərbaycanla yanaşı 53 ölkəni təmsil edən nümayəndələr də iştirak edirdilər. Seminarda yerli mütəxəssislər tərəfindən Çin Xalq Respublikasında kənd təsərrüfatında toxumçuluğun inkşafı, onun prioritet istiqamətləri, kənd təsərrüfatı bitkilərinin toxumçuluğu və onun idarə olunması mövzularında mühazirələr də deyildi. Həmçinin Zöhrab Qəribov seminar müddətində çəltik, qarğıdalı, buğda əkini sahələrində təşkil edilmiş praktiki məşğələlərdə də iştirak etdi. O, burada əkin sahələrindən analiz üçün torpaq nümunələrinin götürülməsi, aqrokimyəvi analiz üsulları və analiz edilmiş torpaq nümunələri bankında torpaq nümunələrinin saxlanılması və torpaq analizi nəticələri əsasında qurulmuş vahid və açıq informasiya bazası haqqında aparılmış işlər barədə geniş diskusiyalı dərslərdə də yaxından iştirak etmişdir. Əkinçilik ET İnstitutundakı torpaq analizləri ilə həmin laboratoriyalardakı analizlər arasındakı oxşar və fərqli üsullar arasında geniş müzakirələr keçirildi. Seminar iştirakçıları tədbirin proqramına əsasən Pekin şəhərindən sonra Çin Xalq Respublikasında digər regionlara da səfər etdilər. Onlar səfər müddətində 8 kənd təsərrüfatı bitkilərin analizi laboratoriyalarında, 1 kənd təsərrüfatı kollecində, 2 kənd təsərrüfatı ali təhsil müəssisələrində oldular. Seminar iştirakçıları toxum bankının fəaliyyəti ilə, o cümlədən toxumların qəbulu, saxlanması üsulları ilə tanış oldular. Burada xəstəlik və zərərvericilərə, həmçinin abiotik stress amillərə davamlı kənd təsərrüfatı bitkiləri toxumlarına dair təqdimatlar  da oldu.

Z.Ə.Qəribov Çin Xalq Respublikasında kənd təsərrüfatı bitkilərinin toxumçuluğu və toxumçuluğun idarə olunması ilə məşğul olan müəssisələrdə toxumun yığılması, təmizlənməsi və satışının təşkili, innovativ kənd təsərrüfatı texnikası və onun tətbiq sahələri, kənd təsərrüfatı texnikaları, toxum təmizləyən, qurudan və qablaşdıran maşın və mexanizmlərin iş prinsipi barədə praktiki təlimdə iştirak etdi və verilmiş praktiki tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdir. Bununla yanaşı təlimi aparan mütəxəssis və müəllim heyəti ilə yaxından ünsiyyət quran Z.Qəribov onlarla Əkinçilik ET İnstitutu arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edildi.

Seminarın təşkilatçıları tədbirdə fəal iştirakına görə Zöhrab Qəribova sertifikatla yanaşı təşəkkür məktubuda təqdim edilmişdir. O, seminar müddətində Azərbaycan, onun kənd təsərrüfatı, elm və təhsili haqqında ölkə təqdimatı ilə çıxış etmişdir. Təqdimat seminar iştirakçılarının marağına səbəb olmuşdur.


Əkinçilik ET İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında kecirilən təlim seminarında iştirak etdi Əkinçilik ET İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında kecirilən təlim seminarında iştirak etdi Əkinçilik ET İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında kecirilən təlim seminarında iştirak etdi Əkinçilik ET İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında kecirilən təlim seminarında iştirak etdi Əkinçilik ET İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında kecirilən təlim seminarında iştirak etdi